16 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

Dünyada mobil internet trafiki rekord həddə çatıb

faizlere

2021-ci ilin ilk rübündə mobil cihazlarda istifadə olunan qlobal trafik 66 eksabayta (1 eksabayt milyard giqabayta bərabərdir – red.) çatıb. Bu isə bir il əvvəllə müqayisədə 68% çoxdur.Bu barədə “Stock Apps və Hootsuite”in məlumatlarına istinadən xəbər verir.Getdikcə daha çox insan internetdə “gəzişmək” üçün smartfonlara üstünlük verməyə başlayıb. Belə ki, 2021-ci ilin iyul ayına olan məlumata görə, internetə bütün mobil qoşulmaların 79%-i və ya 6,4 milyardı smartfonların payına düşüb. Müqayisə üçün qeyd edək ki, routerlərin, planşetlərin, portativ fərdi kompüterlərin payı cəmi 3,8% və ya 310 milyon qurğudur.Smartfonlar arasında isə internetə qoşulmaq üzrə ən çox “Android” əməliyyat sisteminə əsaslanan cihazlar (73%) fəaldır. iOS-da bu göstərici 26,3% təşkil edir.Bu ilin iyul ayında internet bağlantısı olan mobil telefonlarından istifadə edən insanların sayı 5,3 milyarda çatıb (dünya əhalisinin 67%-i).Bu baxımdan əhalisinin 86%-nin telefonu və ya smartfonu olan Avropa liderdir. Ondan sonra Latın Amerikası (69%), Yaxın Şərq və Şimali Afrika (65%), Asiya-Sakit okean region (58%) və Tropik Afrika (46%) ölkələri gəlir.GSMA-nın (dünya üzrə mobil əlaqə operatorlarının maraqlarını təmsil edən ticarət təşkilatı – red.) proqnozlarına görə, mobil telefon və smartfon istifadə edən insanların sayı baxımından Asiya-Sakit okean region ölkələrində daha çox artım olacaq. 2025-ci ilə qədər onların xüsusi çəkisinin indiki 58%-dən 68%-ə qədər artacağı (Çin istisna olmaqla) gözlənilir.Keçən il 117 milyon insan mobil telefonlardan istifadə etməyə başlayıb, lakin daha geniş yanaşsaq, 2020-ci ilin iyulundan 2021-ci ilin iyuluna qədər 670 milyon insan internet bağlantısı olan cihazlardan istifadə etməyə başlayıb. “Ağıllı qurğular”ın ümumi istifadəçilərinin sayı 10,4 milyard nəfərə çatıb

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Report
Son xəbərlər
360 380
Oxşar xəbərlər