Bu haqda Capgemini konsaltinq qrupunun hesabatında deyilir.
“Dünyada milyonçuların sayı 14,6 milyon nəfərdir”.
Ötən il planetin ən varlı adamlarının siyahısına daha 920 min şəxs əlavə olunub. Bu barədə məlumat “Capgemini” konsaltinq qrupunun və “Wealth Management” bankın illik hesabatında yer alıb.
Milyonçuların siyahısına daşınmaz əmlak, bahalı incəsənət əşyaları və avtomobillər nəzərə alınmadan 1 milyon dollardan yuxarı investisiyaya malik şəxslər daxil edilir. Dünyada belə insanların sayı 14,6 milyon nəfərdir. Onların 60 faizi ABŞ, Yaponiya, Almaniya və Çində yaşayır.
Hesabatda bildirilir ki, yeni milyonçuların 345 mini ABŞ-dan çıxıb və ümumilikdə 4 milyon 351 min milyonçu ilə ölkə birinciliyini qoruyub. ABŞ-ı 2 milyon 452 min milyonçu ilə Yaponiya və bir milyon 141 min milyonçu ilə Almaniya izləyir. Milyonçu sayı ötən illə müqayisədə 17% artan Çin isə siyahıda dördüncü yeri tutur.
ANS PRESS