Dünyada neftə təlabat azalacaq – Proqnoz

Qlobal bazarda neftə məcmu tələb 2035-ci ildə 87 mln. barel/gün təşkil edərək cari tələbdən 7% az olacaq. 

RİA “Novosti” agentliyinə istinadən xəbərə görə, bu barədə “VYGON Consulting” şirkətinin hazırladığı proqnoz hesabatın baza variantında qeyd olunub. Hesabatda həmçinin bildirilir ki, məcmu neft tələbinin 2023-cü ildə cari səviyyədən 3,3% artımla gündəlik 97 mln. barelə çatması gözlənilir.

“VYGON Consulting”ə görə, neftə tələbin azalmasına səbəb kimi avtonəqliyyat və energetika sektorlarında istehlakın azalması göstərilib. Bununla yanaşı, OECD ölkələrində 2035-ci ilə qədər neft tələbinin 27% azalması, inkişaf etməkdə olan ölkələrdə isə 11% artması proqnozlaşdırılır.

Şirkətin baza proqnoz variantına əsasən, avtomobil nəqliyyatı yanacağı 2035-ci ilə kimi 2015-ci ildəki gündəlik 43,2 mln. bareldən 3,3 mln. barel/gün və ya 7,6% azalaraq 39,9 mln. barel/günə enəcək. Benzin istehlakı cari məcmu tələbin 24%-ni təşkil edirdisə, 2035-ci ilə bu göstərici 15%-ə, dizel yanacağının payı isə 31% (sabit) səviyyəsində olacaq.

Analitiklərin fikrincə, neft, bərpa olunan enerji növlərinin inkişafından asılı olmayaraq əsas enerji mənbəyi olmağa davam edəcək: “Bununla yanaşı, neftə tələbin kəskin azalması mümkündür. Neft hasilatının maksimal həddə çatması fonunda istehlak bazarları uğrunda mübarizə neft qiymələrini kəskin azalda bilər”.

Report

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər