Banker.az saytı xəbər verir ki, OPEC təşkilatının baş katibi Muhammad Barkindo The Wall Street Journal qəzetinə müsahibəsində bildirib ki, OPEC-in neft hasilatını azaltmaq ilə bağlı razılaşmanı işə salması anından bu günə qədər dünya neft ehtiyatı təqribən 20 milyon barrel azalıb. Bu göstərici isə kartelin istədiyindən çox aşağıdır.
Barkindo-nun sözlərinə görə, ehtiyat həcmi OPEC-in hədəfində olan göstəricidən 260 milyon barrel çoxdur.
Təşkilatın baş katibi qeyd edib ki, neft ehtiyatı həcminin artmasında qismən ABŞ şist neft istehsalçıları günahkardır. Bu istehsalçılar ənənəvi istehsalçılar ilə müqayisədə daha tez məhsul istehsal edə bilir.
“ABŞ-da şist neft istehsalçıları hasilatı artırır, çünki onlar şəxsi kapitaldan vəsait cəlb edirlər” – deyə Barkindo aydınlıq gətirib.








