13 C
Baku
Wednesday, May 8, 2024

Dünyada neft hasilatına görə lider olan 5 ölkə

BP Statistical review of world energy adlı çox nüfuzlu və məşhur mənbəyə əsasən 2012-ci ildə dünya üzrə ən çox neft hasil edən ölkələrin siyahısı məhz aşağıdakı şəkildə görünür.

Beşinci yer – İraq ildə 885600 barel

Bu gün İraq dünyada qara qızıl ehtiyatının miqdarına görə ikinci ən böyük ölkə (112 milyard barel) olduğuna görə tam fəxr edə bilər. İraqın iki dövlət neft kompaniyasına North Oil Company (NOC) və South Oil Company (SOC) neft yataqlarında iş aparılması baxımından tam monopoliya məxsusdur.  
2009-cu ilin avqustun 1-nə olan məlumata əsasən ölkənin qara qızıldan olan gəlirləri 20 milyard dollar təşkil etmişdi. Neft ixracından gələn gəlirlər təqribən dövlət büdcəsinin 98%-ni təşkil edir. Iraqın ÜDM-i təqribən 82,150 milyard ABŞ dollarına çatır. İraqın əhalisinin adam başına düşən ÜDM miqdarı isə $3600 dollar təşkil edir.

Iraq neftinin bu gün əsas alıcıları bunlardır:

ABŞ, Hindistan, İtaliya Cənubi Koreya, Tayvan, ÇXR, Niderland və Yaponiya

Dördüncü yer – Venesuela Respublikası ildə 889560 barel

Venesuelanın bütün iqtisadiyyatı bir qayda olaraq neft çıxarma üzərində qurulub. Ölkədən ixrac olunan məhsulların 80%-i məhz neftdən hazırlanır. Dövlət büdcəsinin gəlirlərinin 50%-ni və ÜDM-in 30%-ni də məhz neft gəlirləri təşkil edir.

Venesuelanın ÜDM-i 2008-ci ildə $334,726 milyard dollar həddinə yüksəlmiş, 2012-ci ildə isə bir qədər də yüksələrək 344 milyard dollar təşkil etmişdir. Adam başına düşən ÜDM isə 12, 8 min dollar edir. Daha çox populyarlığa malik kompaniyalar isə – Petróleos de Venezuela, Sociedad Anonima (PDVSA) kimi dövlət şirkətləridir, həmçinin «San Roque», «Puerto Cabelo», «Puerto de la Cruz»,»El Palito» və «Anzoatequi» şirkətləri də məşhurdurlar.

Üçüncü yer –Küveyt ildə 902880 barel

Küveytin tarixinin kökləri hələ 17-ci əsrə gedib çıxır. Amma ölkə Britaniya təsiri altından 1961-ci ildə çıxdı, müstəqil və azad dövlət oldu. Ölkə müstəqillik ilə birlikdə həm də külli miqdarda problem əldə etdi.

Bunun səbəbi onunla bağlıdır ki, ölkə birdən-birə həddindən artıq varlandı. 70-80-ci illərdə neft ixracı ölkəni dünyanın ən varlı məkanlarından birinə çevirdi, insanların həyat səviyyəsi yüksəldi. 90-cı illərdə Səddam Hüseyn əmirliyi mühasirəyə aldı, daha sonra Küveytin İraqın tərkib hissəsinə birləşdirildiyi elan edildi. Olduqca mürəkkəb siyasi vəziyyət neftin idxalatçılara çatdırılmasında fasilələr yaranması ilə nəticələndi.

İraq tərəfindən işğal zaman keçdikcə ölkəni demək olar ki, tamamı ilə müflis etdi, ölkənin mövcud inkişafının üstündən xətt çəkdi, çiçəklənməsini dayandırdı. Amma ölkə bir neçə ildən sonra öz əvvəlki vəziyyətini bərpa etməyə müyəssər oldu. Bu gün Küveytin böyük miqdarda neft ehtiyatı vardır (təxminən 102 milyard barel, bu isə bütün dünya üzrə ehtiyatların 9%-ni təşkil edir).

Neft bu ölkəyə onun ÜDM-in 50%-i qazandırır, eyni zamanda bu ixracdan olan gəlirlərin 95%-ni təşkil edir. Bundan əlavə dövlət büdcəsinin gəlirlərinin 95%-ni neft çatdırmalarından gəlir. Küveytin ÜDM-inə gəldikdə isə, 2009-cu ildə o, təxmindən 146 milyard dollar olmuş, adam başında düşən ÜDM isə 54,1 min dollar (yeri gəlmişkən bütün dünya üzrə yeddinci yeri tutur) təşkil etmişdir. 2008-ci ilin məlumatlarına əsasən ixracın həcmi 86,9 milyard dollar həddinə çatmışdır. Ixracda əsas üstünlük təşkil edən mallar neft, neft məhsulları və gübrələrdir.

Ölkənin əsas alıcıları bunlardır

Yaponiya, Cənubi Koreya, Hindistan, Tayvan, ABŞ, Sinqapur, Neft hasilatı ilə məşğul olan kompaniyalar sırasında — Kuwait National Petroleum Co., Kuwait Petroleum Corporation (KPC) şirkətlərinin adını qeyd etmək olar.

İkinci yer İran İslam Respublikası – ildə 1528200 barel

İran-bizim bu siyahıdakı digər varlı ölkələr əsasən kimi neft ixracının hesabına yaşamağa üstünük verən bir dövlətdir. Düzdür İran neft çatdırılmasından xeyli dərəcədə daha az asılıdır, nəinki İraq. Bu nisbi müstəqilliyin əsas səbəbi 30 ildən artıq bir müddətdə ölkədə tətbiq edilən sanksiyalar olmuşdur.

Amma yenə də buna rəğmən ölkənin dövlət büdcəsinin gəlirlərinin 45%-ni məhz neft və qaz ixracından gələn gəlirlər təşkil edir. Həmçinin gəlirlərin 31%-i vergi və rüsumlardan əldə edilir. 2011-ci ilin məlumatlarına əsasən, ölkənin ÜDM-i nəzərə çarpacaq qədər yüksəlmişdir (2008 və 2009-cu il ilə müqayisədə) və 930,2 milyard ABŞ dollarına çatmışdır. Əhalinin adambaşına düşən ÜDM miqdarı isə kifayət qədər yüksək göstəriciyə malikdir – 12570 $ ABŞ dolları.

İran İslam Respublikasının əsas alıcıları aşağıdakı ölkələrdir:

Çin, Yaponiya, Hindistan, Cənubi Koreya, Türkiyə və İtaliya.

Neft çıxarılması və emalı ilə məşğul olan kompaniyalar bunlardır – İran Milli Neft Kompaniyası (İMNK), Britaniya-Hollandiya Kompaniyası «Royal Datç Şell», Milli İran tanker kompaniyası (NITC), Energy Information Administration, Milli İran Qazma Kompaniyası (NIDC),

Dünyanın neft hasilatına görə lideri –Səudiyyə Ərəbistanıdır 3602520 barel

Neft və Neft məhsullarının ixracı ölkəyə 2008-ci ildə 310 milyard dollar gətirmişdir. Səudiyyə Ərəbistanın əsas «müştəriləri» ABŞ, Yaponiya, Çin və Cənubi Koreyadır. Səudiyyə Ərəbistanın ÜDM-i 622 milyard dollara çatır. Əhalinin adam başında düşən miqdarına görə isə ÜDM 24 200 $ dollar təşkil edir. O, neftin dünya üzrə qiymətini tənzimləmək imkanlarına malikdir.

Səudiyyə Ərəbistanı adı altında bu nəhəng ölkənin bütün iqtisadiyyatı neft sənayesinə əsaslanır, qeyd etmək lazımdır ki məhz neft sənayesi ölkənin ümum daxili məhsulunun 45%-ni təşkil edir. Bundan əlavə mütəxəssislər hesablayıb ki, dövlət büdcəsinin gəlirlərinin 75%-ni məhz neft gəlirləri təşkil edir, ölkəni ixracatında da neft məhsulları dominantlıq edir, belə ki ixracın 90%- məhz neft məhsullarının payına düşür.

Bu gün ölkədə kəşf olunmuş neft ehtiyatlarının miqdarı 260 milyard barel həcmində qiymətləndirilir. (bu rəqəm Yer Kürəsi üzrə kəşf olunmuş bütün neft ehtiyatlarının 24%-ni təşkil edir). Amma neft hasil edən digər ölkələrdən fərli olaraq, Səudiyyə Ərəbistanında bu rəqəm daima artmağa doğru gedir, çünki burada hər zaman yeni-yeni neft yataqları kəşf olunur

Nəhəng Kompaniyalar — Saudi Aramco, Sumitomo, Exxon Mobil, həmçinin də digərləri.
Göründüyü kimi ölkənin zənginliyi neft çıxarmaya, onun sonrakı emalı ilə bağlı proseduralara və satışa əsaslanır. Əlbəttə ki, bu ölkəni lazımı vəsaitlər ilə təmin edir və ÜDM-i artırır. Amma, adi bir iqtisadi sanksiyanın tətbiqi ölkəni bütünlüklə müflis etməyə qadirdir, çünki onun neftdən başqa satacaq heç nəyi yoxdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər