“Financial Times” qəzeti blokçeyn platforması “Chainalysis”in məlumatlarına istinadən yazır ki, NFT alışı üzrə aylıq xərclər noyabr ayında 87%-dən çox azalaraq 442 milyon dollara düşüb.
Bundan əlavə, qəzetin sitat gətirdiyi “Nansen” tədqiqat qrupuna görə, aktiv NFT alıcılarının və satıcılarının sayı bu ilin yanvarında əldə edilən zirvələrlə müqayisədə üçdə birdən çox azalıb. Həmçinin, “Ethereum” blokçeynində yeni tokenlərin sayı demək olar ki, 60% düşüb.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bununla belə, bəzi analitiklər hesab edirlər ki, NFT-nin yaradıcıları rəqəmsal şəkillərin satışından kənar uğurlu biznes qura bilməyəcəklər. “NFT-nin fundamental modeli işlək olmadı. Bu bir köpük idi, hansı ki bir daha baş verməyəcək”, – “Enders Analysis”in qurucusu Kler Enders “Financial Times”dan sitat gətirib.