“Bu gün dünyada nüvə silahından istifadə edilməsi riski Soyuq müharibə dövründən ən yüksək səviyyəyə çatıb”.
Bu barədə məlumat Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında yer alıb.
Hesabatda qeyd olunur ki, ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, Çin, Hindistan, Pakistan, eləcə də İsrail və Şimali Koreya öz arsenallarının modernləşdirilməsini həyata keçirməyə davam edirlər.
Həmçinin proqnozlara əsasən, növbəti 10 ildə dünyada nüvə silahı ehtiyatları artacaq.