3 C
Baku
Saturday, December 14, 2024

Dünyada pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşıb

Dünyada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 614 milyon 867 min 412-yə çatıb.

Bu barədə Amerikanın Cons Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, dünyada virusun yayıldığı gündən indiyədək 6 milyon 536 min 481 nəfər COVID-19-dan dünyasını dəyişib.

Virusa 30 milyondan çox yoluxmanın qeydə alındığı ölkələr ABŞ, Hindistan, Braziliya, Fransa və Almaniyadır.

“Worldometers” portalının məlumatına görə, bazar günü səhərə planetdə hər 1 milyon nəfərə düşən ölüm nisbəti 839 nəfər təşkil edib. ABŞ-da hər 1 milyon nəfər əhaliyə 3 229, Hindistanda 375 nəfər ölüb, Braziliyada isə bu rəqəm 3 176, Fransada 2 min 361, Almaniya – 1 min 771 təşkil edib.

Həmçinin dünyada pandemiya dövründə əhaliyə COVID-19-a qarşı 12 milyard 252 milyon 898 min 635 doza vaksin vurulub.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra – martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

 

Son xəbərlər
Digər xəbərlər