23 C
Baku
Friday, September 30, 2022

Dünyada pasportlar yalnız 4 rəngdə olur – Səbəbi?

Belə məlum olur ki, dünyada əsas olaraq 4 rəngdə pasport mövcuddur və hər bir ölkənin bu sənədin üz qapağı üçün seçdiyi rəngin öz səbəbi var.

Banker.az saytı bu rənglərin mahiyyətinin nədən ibarət olduğunu sizinlə bölüşür:

Qırmızı

Bu ən geniş yayılmış rəngdir. Qırmızı üzlüklü pasportları kommunist keçmişə və yaxud bu günə sahib olan ölkələr seçir. Sloveniya, Çin, Serbiya, Rusiya, Latviya, Ruminya, Polşa, Gürcüstan vətəndaşları qırmızı üz qapağına malik şəxsiyyət vəsiqələrinə sahibdirlər. Xorvatiya istisna olmaqla, Aİ üzvləri həmçinin tünd zoğalı və qırmızı rəngin digər çalarlarında olan pasportlardan istifadə edir. Aİ-na daxil olmaq arzusunda olan ölkələr, məsələn, Türkiyə, Makedoniya və Albaniya bir neçə il əvvəl pasportlarının rəngini qırmızı rəngə boyadılar. Boliviya, Kolumbiya, Ekvador və Peru da həmçinin tünd zoğalı rəngdə olan pasporta malikdir.

Göy

Növbəti geniş yayılmış rəng. Göy üzlük “yeni dünya”-nı simvolizə edir. 15 Karib ölkəsi göy pasporta sahibdir. Cənubi Amerika bloku ölkələrində göy pasport Merkosur – ticarət ittifaqı ilə əlaqəni simvolizə edir. Bunlar Braziliya, Argentina və Paraqvaydır. Venezuela da bu ittifaqa daxil olmasına baxmayaraq, onun vətəndaşları qırmızı pasporta sahibdir. ABŞ vətəndaşının pasportu 1976-cı ildə göy rəngdə oldu.

Yaşıl

Əksər müsəlman ölkələrinin pasportu yaşıl rəngdədir. Məsələn, Mərakeş, Səudiyyə Ərəbistanı, Pakistan. Yaşıl rəng Məhəmməd peyğəmbərin sevdiyi rəng hesab edilir və təbiət və həyatın simvoludur. Qərbi Afrika ölkələrinin – məsələn, Burkina Faso, Nigeriya, Fil dişi sahili və Seneqal vətəndaşları yaşıl rəngin müxtəlif çalarlarında olan pasportlara sahibdir.

Qara

Qara üz qapağına sahib pasportlar ən nadir pasportlardır. Botsvana, Zambiya, Qabon, Angola, Çad, Konqo, Malavia və digər Afrika ölkələrinin vətəndaşlarının qara pasportu var. Həmçinin Yeni Zellandiya vətəndaşları da qara pasporta sahibdirlər. Çünki qara Yeni Zellandiyanın milli rəngidir.

 

Son xəbərlər
Oxşar xəbərlər