7 C
Baku
Thursday, December 12, 2024

Dünyada polad istehsalı artır

Bu ilin aprel ayında dünyada polad istehsalının həcmi 169,5 milyon ton olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 23,3 faiz çoxdur.

Dünya Polad Asosiasiyasının (World Steel Association) son hesabatına görə, polad istehsalçısı 10 ən böyük ölkə aşağıdakılardır: Çin (97,85 milyon ton, ötən ilin müvafiq dövrünə nisbətən 13,4 faiz artım), Hindistan (8,3 milyon ton, +152,1 faiz), Yaponiya (7,82 milyon ton, +18,9 faiz), ABŞ (6,9 milyon ton, +43 faiz), Rusiya (6,5 milyon ton, +15,1 faiz), Koreya Respublikası (5,86 milyon ton, +15,4 faiz), Almaniya (3,36 milyon ton, +31,5 faiz), türkiyə (3,29 milyon ton, +46,6 faiz), Braziliya (3,07 milyon ton, +59,3 faiz), İran (2,47 milyon ton, +6,4 faiz).

Həmçinin ilin ötən 4 ayı ərzində 10 ən böyük polad istehsalçısı ölkəsi bunlardır: Çin (374,56 milyon ton, +15,8 faiz), Hindistan (38,25 milyon ton, +26,9 faiz), Yaponiya (31,53 milyon ton, +2,7 faiz), ABŞ (27,29 milyon ton, +2,8 faiz), Rusiya (25,47 milyon ton, +7,1 faiz), Koreya Respublikası (23,45 milyon ton, +6.5 faiz), Almaniya (13,54 milyon ton, +9 faiz), Türkiyə (13,12 milyon ton, +16,9 faiz), Braziliya (11,78 milyon ton, +15,9 faiz), İran (9,97 milyon ton, +9,6 faiz).

Bütövlükdə cari ilin 4 ayı ərzində 64 ölkədə 662,78 milyon ton polad istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,7 faiz çoxdur. 2020-ci ildə isə dünyanın 64 ölkəsi 1,83 milyard ton, yəni əvvəlki ilə nisbətən 0,9 faiz az polad istehsal edib.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər