Bu ilin noyabr ayında dünya bazarında qəhvənin 1 funtunun (454 qram) qiyməti 10,1% artaraq 1,07 ABŞ dollarına çatıb ki, bu da 12 aylıq rekord göstəricidir.
Bu barədə “İnterfax”a istinadən xəbər verilir.
Beynəlxalq Qəhvə Təşkilatının (İCO – İnternational Coffee Organization) hesabatına görə, 2019/2020-cı məhsul ilində qəhvənin 502 min kisəlik defisitlə 0,9% azalaraq 167,399 min kisə istehsal olunacağı, istehlakının isə 1,5% artaraq 167,901 min kisəyə çatacağı gözlənilir. Odur ki, qiymətin bundan sonra da artacağı proqnozlaşdırılır.
Xatırladaq ki, bu ilin oktyabr ayında dünyada qəhvə ixracının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 13,4% azalaraq 2017-ci ilin sentyabr ayından sonrakı dövr üçün minimum həddə – 8,91 milyon kisəyə düşüb. Buna səbəb kimi əlverişsiz hava şəraiti və dünya bazarlarında uzun müddət davam edən aşağı qiymətlər göstəriilir.
©Report