10 C
Baku
Wednesday, December 11, 2024

Dünyada qəhvənin qiyməti bahalaşıb

Dünyada qəhvə qiymətləri Asiyada anomal istilər səbəbindən 18-20% bahalaşıb.

Bu barədə “Nikkei Asia” nəşri məlumat yayıb.

Aprel-iyun aylarında robusta çeşidinin fyuçersləri mart ayı ilə müqayisədə 18,1% artaraq, bir ton üçün rekord 4394 dollara çatıb. Eyni zamanda Arabica fyuçersləri 20,6% bahalaşıb.

Qiymət artımının əsas səbəbi Cənub-Şərqi Asiyada istilikdir. Aprel ayından bəri Vyetnam, Tayland və Filippində havanın temperaturu normadan yüksəkdir. Fermerlər artıq ikinci ildir ki, məhsulun zəif olacağından qorxurlar. Bu, yalnız tələb və təklif arasındakı balanssızlığı artıracaq və qiymətlərin daha da artmasına səbəb olacaq.

Son xəbərlər
Digər xəbərlər