18 C
Baku
Thursday, May 16, 2024

Dünyada qızıldan daha bahalı metallar

Böyük ehtimalla bir çox insan qızılı ən bahalı metal hesab edirlər. Lakin qızıldan daha bahalı metallar və birləşmələr də var.

Plutonium – 4 000 dollar

Məlum olduğu kimi, artıq insanlar bu radioktiv metal olmadan yaşaya bilmirlər. Məhz platinium evlərimizi qızdırır, şəhərlərimizi partladır və kosmosa raketləri göndərir. Daha dəqiq desək nüvə silahlarının, nüvə reaktorları üçün yanacaqların hazırlanmasında platiniumdan geniş istifadə olunur. Bu metaldan həmçinin kosmik cihazlar üçün enerji mənbəyi kimi də istifadə edilir. Uran filizindən plutoniumun hazırlanması çox xərc tələb etsə də, çox vacibdir.

Soliris – 17 000 dollar

Sloris dünyada ən bahalı dərman hesab olunur və çox nadir immun xəstəliyi – paroksismal nocturnal hemoglobinuria (gecə yuxusu zamanı qırmızı qan hüceyrələrinin məhv olması)nın dərmanı hesab olunur. Soliris ilə illik müalicənin qiyməti 409 500 dollardır. Bu xəstəlikdən əziyyət çəkənlərin sayı az olsa da Alexion Pharmaceutical farmaseptik şirkətinin gəliri ilk il üçün 300 milyon dollardan çox təşkil edirdi.

Tritium – 30 000 dollar

Radioaktiv yüksək ağırlıqlı hidrogen kommersiya sahəsində istifadə də çox məşhurdur. Bu metaldan istifadə edərək qandalların, yaxud açarlıqların üzəri örtülür və bu zaman onlar qaranlıqda işıq saçırlar.

Almaz – təxmini 42 000 dollar

Şəffaf almazın karatının orta qiyməti 8000 dollar, mavi almazın qiyməti – 9500 dollar, sarı və çəhrayı almazın qiyməti isə təxminən 6000 dollardır.

Californium – 60 000 dollar

Daha bir radioaktiv izotop 1950-cı ildə süni yolla Kaliforniya Universitetində əldə olunub. Plutoniumdan fərqli olaraq bu metaldan daha humanist məqsədlər üçün istifadə edilir. Tibb sahəsində şişlərin şüa terapiyasında, elmi eksperimentlərdə isə nüvə parçalanmasında istifadə olunur.

Regolith (Ay tozu) – 0,6 qramı 442, 500 dollar

Regolith tək Ayın deyil, atmosfersiz bütün planetlərində üst hissəsini örtür. Hətta Marsın da. Bu metal – ilmenit, anortit, olivin, piroksendən təşkil olunub ki, bunları Yerdə də tapmaq mümkündür. Lakin 1993-cü ildə Sotbie’s hərracında ümumilikdə 0,6 qram həcmində olan üç “Ay daşı” 442, 500 dollara satılmışdı.

Son xəbərlər
 ⁠
Digər xəbərlər