12 C
Baku
Tuesday, November 19, 2024

Dünyada şəkər niyə bahalaşır?

Şəkər qiymət indeksi mart ayında orta hesabla 117.9 bənd təşkil edib ki, bu da fevral ayına nisbətən 7.4 bənd (6.7 faiz), ötən ilin müvafiq dövrü ilə müqayisədə 21.7 bənd
(22.6%) artım deməkdir.

Banker.az bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) istinadən xəbər verir.

FAO şəkər məhsulları üzrə qiymət indeksinin artmasının səbəbini Braziliya realının ABŞ dollarına qarşı davamlı olaraq möhkəmlənməsi ilə yerli valyutada aşağı gəlirlər səbəbindən istehsalçıların təklifi azalmasında görür. Həmçinin, Braziliyada etanola olan tələbatın artması da şəkərin qiymətinə təsir edib. Beynəlxalq neft qiymətlərinin artması da bu qiymət artımna təsir edən əsas faktorlardan biridir.

Son xəbərlər
Digər xəbərlər