7 C
Baku
Tuesday, January 14, 2025

Dünyada smartfon və elektrik avtomobillərinə tələbat azalıb

Dünyanın ən böyük yarımkeçirici istehsalçıları smartfon və elektrik avtomobillərinə tələbatın azalması səbəbindən investisiyaları ilkin planlardan aşağı salıblar.

Bu barədə Yaponiyanın aparıcı biznes qəzeti “Nikkei” məlumat yayıb.

Belə ki, 10 aparıcı qlobal istehsalçı 2024-cü ildə investisiya planlarına düzəlişlər edərək, investisiyaların ümumi həcmini əvvəlki illə müqayisədə 2% azaldaraq, 123,3 milyard dollara çatdırıb.

Bu, 2024-cü ilin may ayında 6% artım nəzərdə tutan planlardan 9,5 milyard dollar azdır.

Müşahidəçilər qeyd ediblər ki, buna səbəb koronavirus pandemiyası zamanı pik səviyyəyə qalxdıqdan sonra smartfon və digər cihazlara tələbin kəskin azalması, eləcə də Çin iqtisadiyyatının artım tempinin yavaşlaması olub.

Ümumiyyətlə, 2024-cü ildə tələbin bərpası gözlənilirdi, lakin süni intellekt istisna olmaqla, əksər sənayelər zəif tələbat nümayiş etdirir. Elektrikli avtomobillər üçün yarımkeçiricilərə investisiyalar da azalır, çünki Avropa və ABŞ-da onlara tələbat yüksək deyil.

Son xəbərlər
Digər xəbərlər