18 C
Baku
Sunday, September 8, 2024

Dünyada şokolad qiymətləri artmağa davam edəcək

Afrikada kakao istehsalı azaldığı üçün dünyada şokolad qiymətləri artmağa davam edəcək.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilir ki, pis hava şəraiti və bitki xəstəliklərinin yayılması səbəbindən Fil Dişi Sahili və Qanada məhsul zəif olub. Kakao qiymətləri 2023-cü il üçün təxminən 47% artıb.

Agentliyin məlumatına görə, dünyanın aparıcı şokolad istehsalçıları artıq məhsul qiymətlərinin artımı barədə xəbərdarlıq ediblər. Şirkətlər Avropa və Asiyada daha bahalı şokolada tələbatın azalacağından ehtiyat edirlər.

Avqustun sonunda Nyu-York birjasında kakao fyuçerslərinin qiyməti son 12 ilin ən yüksək həddinə çataraq bir ton üçün 3640,5 dollar təşkil edib. Hazırda şokoladın qiyməti Qana və Kot-d’İvuarda kakao məhsulunun nə qədər çox olacağından asılıdır. Bu ölkələr dünya üzrə kakao paxlasının üçdə ikisini istehsal edir. Fil Dişi hökumətinin proqnozuna görə, kakao məhsulu illik müqayisədə 20% azala bilər.

Son xəbərlər
Digər xəbərlər