10 C
Baku
Thursday, November 14, 2024

Dünyada son on illikdə ən böyük bank birləşməsi

Amerikanın “BB&T Corp” maliyyə holdinq şirkəti “SunTrust Banks Inc” bankını almağa razılaşıb.

Bu barədə hər iki şirkətin birgə bəyanatında bildirilib.

Agentliyin hesablamalarına görə, sazişin məbləği 28 milyard dollar təşkil edəcək. Bu, son onillik ərzində dünyada ən böyük bank birləşməsi olacaq.

Xəbərdə bildirilir ki, birləşmiş şirkətin səhmlərinin 57 faizi BB&Tşirkətinin səhmdarlarına aid olacaq. “SunTrust” səhmdarları 1,295səhmi alacaqlar.

Sazişin şərtlərinə görə birləşmədən sonra yeni adla yeni bank yaradılacaq. Onun qərargahı Şimal Karolina ştatında, Şarlotta şəhərində yerləşəcək. Bu, ABŞ-da “PNC Financial Services Group Inc”i sıxışdıraraq siyahıdan çıxaran 6-cı böyük bank olacaq.

Adı sonradan elan ediləcək birləşmiş bank 60 min əməkdaşa və təxminən 440 milyard dollarlıq aktivə malik olacaq.

©Report

Son xəbərlər
Digər xəbərlər