15 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Dünyada SSD daşıyıcısı ilə təchiz edilmiş ilk smartfon təqdim edilib

Screen Shot 2021 09 02 at 14.34.20

“Xiaomi” şirkəti “Black Shark 4” oyun smartfonları seriyasını təqdim edib. Bu haqda “GSM Arena” nəşri yazıb.

Qabaqcıl qurğuların əsas özəlliyi “UFS 3.1” və “SSD” hibrid daşıyıcısının tətbiqidir. Beləliklə, “Black Shark 4” cihazları mobil bazarda ilk dəfə adətən kompüter, oyun konsolları və başqa texnikalarda istifadə edilən sərtgövdəli daşıyıcılarla təchiz edilib. İstehsalçının məlumatına görə, bu, adi fləş-yaddaşla müqayisədə məlumatların daşıyıcıdan oxunmasını 69% sürətləndirməyə imkan verir. Həmçinin qurğular bəzi proqramlarla işləyərkən məlumatların saxlanılması üçün əməli yaddaşdan istifadə etməyə imkan verən “Xiaomi RAMDISK” funksiyasını dəstəkləyir.

Sözügedən seriyanın qabaqcıl qurğusu “Black Shark 4 Pro” aparatı “Snapdragon 888” prosessoru, 8 QB əməli yaddaş və 256 QB daxili yaddaşla təchiz edilib. Cihaz istiliyin yayılmasını 30% daha səmərəli artıran və çipin temperaturunu 18 dərəcə aşağı salan ikiqat maye soyutma sisteminə malikdir.

Cihaz 1080×2400 piksel təsvir ölçülü 6,67 düymlük “Super AMOLED” ekranına malikdir. “Black Shark 4 Pro”nun arxa panelində 64, 8 və 5 meqapiksellik təsvir ölçülü obyektivlərə malik kamera yerləşdirilib. Qabaqcıl cihaz 4500 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

“Black Shark 4” cihazı “Snapdragon 870” prosessoru, ən azı 6 QB əməli yaddaş və 128 QB daxili yaddaş, 48 meqapiksellik əsas sensora malik kamera ilə təchiz edilib.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:İctnews
Son xəbərlər
360 380
Oxşar xəbərlər