19 C
Baku
Monday, June 23, 2025

Dünyada yalnız bu ölkə özünü ərzaqla tam təmin edir

Qlobal ərzaq ticarəti qəfil dayansaydı, əhalisinin qida tələbatlarını tam ödəyə biləcək yeganə ölkə Cənubi Amerikanın şimalında yerləşən Qayana olardı.

Bu barədə “Nature Food” jurnalında dərc edilən yeni elmi araşdırmada deyilir.

Bildirilir ki, 800 mindən az əhalisi olan Qayana tam ərzaq müstəqilliyi üçün bütün lazımi təbii şəraitə malikdir.

İsti iqlim ilboyu kənd təsərrüfatı üçün ideal hava şəraitini təmin edir. Okeana birbaşa çıxış kifayət qədər su ehtiyatlarının yığılmasına imkan verir.

Buna görə də, Qayana bütün əsas qida qruplarından kifayət qədər miqdarda məhsul (taxıl, tərəvəz, meyvə, süd məhsulları, ət, balıq və dəniz məhsulları) istehsal etməyə qadirdir.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər