Dünyada yayılan koronavirusun şərəfinə “CoronaCoin” adlı kriptovalyuta yaradılıb

Çində yayılan koronavirus artıq çox səs-küyə səbəb olub. Onun şərəfinə hətta kriptovalyuta da yaradıblar. Söhbət, CoronaCoin-dən gedir. Bu barədə Cryptoiq.co saytı xəbər verib. Sözügedən kriptovalyuta Ethereum bazasında qurulub. Kriptovalyutanın məzənnəsi isə COVID-19 ilə yoluxma və ölüm hallarının sayından asılıdır. Tokenlərin sayı Yer kürəsinin əhaləsinin sayına bərabərdir. Yəni, 7.604.953.650 token.

Bir qayda olaraq koronavirusa yoluxmuş və ya virusa yoluxaraq həyatını itirmiş insanların sayı artdıqca tokenlərin dəyəri də yüksəlir. Tokenlərin sayı Ümumdünya Səhiyyə Təşkilatının məlumatları əsasında hər 48 saatdan bir azalır. CoronaCoin-in yaradıcıları 7 nəfərdən ibarətdir. Kriptovalyutanın yaradıcılarından biri qeyd edib ki, insanlar artıq CoronaCoin-ə investisiya yatırmağa başlayıblar.

Belə ki, onlar virusun daha da yayılacağına inanırlar. Kriptovalyutanın yaradıcıları qeyd ediblər ki, CoronaCoin-in yaradılması öz növbəsində insanlara epidemiyanın hansı miqyasda olduğunu göstərmək məqsədi ilə yaradılıb. Lakin buna baxmayaraq kriptovalyutanın yaradıcıları artıq bir çoxları tərəfindən tənqid edilir. Buna cavab olaraq isə CoronaCoin-in yaradıcıları hər ay gəlirin 20%-ni Qırmızı Xaça göndərəcəklərini söz veriblər.

©Technote


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları