22 C
Baku
Thursday, September 29, 2022

Dünyadakı ərzaq məhsullarının təxminən 33%-i zibilliyə atılır – $1 trln itki

Ümumdünya Qida Proqramının (1963-cü ildə BMT daxilində köməkçi orqan kimi yaradılmışdır) verdiyi məlumata görə, dünyadakı bütün ərzaqların təqribən 33%-i zibilliyə atılır.

Banker.az xəbər verir ki, buna görə dünya iqtisadiyyatı ildə təxminən 1 trilyon dollar itirir. Bununla əlaqədar olaraq, ÜQP (Ümumdünya Qida Proqramı) əsas məqsədi qida tullantılarının həcmini azaltmaqdan ibarət olan yeni kampaniyaya başlamışdır.

ÜQP restoran və mağaza sahiblərini, eləcə də sadə vətəndaşları ərzaq məhsullarının istehlakı məsələsində daha diqqətli olmağa və qida tullantılarının miqdarını azaltmağa çağırıb.

Proqramın verdiyi məlumata görə, hər il dünyada 4 milyard don qida məhsulu istehsal olunur, tullantıların miqdarı isə 1,3 ton təşkil edir.

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) məhsulların saxlanma şəraitinin dəyişdirilməsi kimi ən sadə tədbirlər vasitəsilə tullantıların azaldılmasını təklif edir. Yeni kampaniya məşhur aşpazların diqqətini çəkib.

Ümumdünya Qida Proqramının qiymətləndirmələrinə görə, ərzaq tullantılarının həcmi iki dəfə azaldılsa, beynəlxalq birlik aclığa qarşı mübarizədə mühüm irəliləyiş əldə edə bilər.

Son xəbərlər
Oxşar xəbərlər