12 C
Baku
Saturday, November 23, 2024

Dünyadakı bahalaşmanın quş əti qiymətinə təsiri müzakirə edilib

Antiinflyasiya tədbirləri çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin üzvləri ilə görüş keçirilib.

Xidmətdən verilən məlumata görə, tədbirdə Dövlət Xidməti ilə Assosiasiya arasında birgə tərəfdaşlıq istiqamətləri, dünya bazarındakı davamlı bahalaşmanın quş əti və yumurtanın qiymətinə təsiri müzakirə edilib.

Assosiasiya üzvləri yerli istehsalçıların bu məhsullara olan tələbatını tam ödəmək potensialında olduğuna baxmayaraq qarşılaşdıqları müəyyən məsələlər barədə məlumat veriblər. İstehsal zəncirində baş verə biləcək ləngimələrin əsas səbəbi kimi iri pərakəndə ticarət şəbəkələrinin istehsalçılardan aldıqları məhsulların dəyərini vaxtında ödəmədiklərini qeyd ediblər.

Görüşdə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli antiinflyasiya tədbirləri çərçivəsində əhalinin ərzaq təhlükəsizliyini təmin etmək üçün istehlak səbətinə daxil olan ərzaq məhsullarının xüsusi diqqətdə saxlanıldığını vuruğulayıb. Bildirilib ki, iri ticarət şəbəkələrinin sahibkarlara qarşı bu cür yanaşmasında ciddi qanun pozuntusu əlamətləri müşahidə olunur və antiinflyasiya tədbirlərinin həyata keçirilməsinə əngəl yaradır. Bununla əlaqədar Dövlət Xidmətinə daxil olan müraciətlər əsasında sahəvi araşdırmalar aparılır. Məsələnin birbaşa ərzaq təhlükəsizliyinə təsir edə biləcəyini nəzərə alaraq, qanun pozuntusu aşkar olunduğu təqdirdə bu təsərrüfat subyektləri barədə ciddi tədbirlər görüləcəkdır.

 

 

Son xəbərlər
Digər xəbərlər