Dünyadakı işçilərin üçdə iksi daha çox müdirlərinə deyil, robotlara güvənirlər

BANKER.AZ/ “Oracle” və “Future Workplace”  in ortaq araşdırmanın nəticələrinə görə, dünyanın 10 ən inkişaf etmiş ölkəsində işçilərin yarıdan çoxu süni intellekt ilə təmasdadır (ötən ildə bu göstərici 32% az olub). Chat-botların istifadəsinə görə Asiya ölkələri liderlik edirlər: Çin (77%) və Hindistan (78%). 

İşçilərin əksəriyyəti (82%) hesab edirlər ki, robot-köməkçilər müdirlərlə müqayisədə onların işinə daha yaxşı nəzarət edə bilirlər. İşçilərin 64%-i robotlara menecerlərdən çox güvənir – Çində 88%, Hindistanda isə 89%. Müqayisə üçün, Fransada robotlara güvən səviyyəsi cəmi 32%-dir. 

Kiçilər arasında respondentlərin 56%-i müdirin funksiyalarını robotlara etibar edir. Qadınların süni intellektə inamı nisbətən daha azdır – 44%. 

Ümumilikdə, işçilərin “süni intellektə qarşı münasibəti, qorxudan təşəbbüskarlığa doğru” dəyişib. 

Sentyabr ayında LEADx işçilərinin 30%-i müdirlərini humanist robotlara əvəz etməyə hazır olduqları məlum oldu. Onların fikrincə, robot bir lider olaraq daha mütəşəkkil, qərərsiz və bacarıqlı olacaqdır. 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər