2024-cü ildə dünyada milyarderlərin sayı 204 nəfər artaraq 2769 nəfərə çatıb. Bu rəqəmlər yoxsulluq problemlərinin həlli ilə məşğul olan xeyriyyə təşkilatlarının birliyi olan “Oxfam”ın illik hesabatında qeyd olunub.
“Oxfam” hesab edir ki, 2024-cü ildə dünyada hər iki həftədə orta hesabla dörd yeni milyarder yaranacaq və bütün milyarderlərin ümumi sərvəti gündə orta hesabla 5.7 milyard dollar artacaq. “Oxfam” bildirir ki, bu nisbət davam edərsə, yaxın on il ərzində dünyada sərvəti 1 trilyon dollardan çox olan beş nəfər olacaq.
Tədqiqat tarixində ilk dəfə olaraq varis milyarderlər üstünlük təşkil edib.
Hesabatda deyilir ki, dünyada gündə 6.85 dollardan az pulla yaşayan insanların sayı “1990-cı ildən bəri demək olar ki, dəyişməz qalıb”. Hesabat Davosda Dünya İqtisadi Forumunun başlaması ilə eyni vaxta hazırlanıb.