24 C
Baku
Sunday, July 6, 2025

Dünyadakı plastik tullantıların 55%-ni bu 20 şirkət istehsal edir – Tədqiqat

Dünyadakı plastik tullantıların yarısından çoxunu 20 böyük şirkət istehsal edir. Onlar sırasında birinci yerdə “ExxonMobil” dayanır. Banker.az “Kommersant”a istinadən xəbər verir ki, bu şirkət ildə 5.9 milyon yon (2019-cu ildə) plastik istehsal edir.

Qlobal tədqiqatlarla məşğul olan “Minderoo Foundation” şirkətinin tərtib etdiyi “Plastic Waste Makers” reytinqinə cəmi 100 şirkət daxil olub. Mütəxəssislərin sözlərinə görə, dünyada istehsal olunan plastik tullantıların 90%-i onların payına düşür.

“ExxonMobil” şirkətindən başqa ilk onluğa “Dow” (5.6 milyon ton), “Sinopec” (5.3 milyon ton), “Indorama Ventures” (4.6 milyon ton), “Saudi Aramco” (4.3 milyon ton), “PetroChina” (4 milyon ton), “LyondellBasell” (3.9 milyon ton), “Reliance Industries” (3.1 milyon ton), “Braskem” (3 milyon ton) və “Alpek SA de CV” (2.3 milyon ton) daxil olub.

Reytinqə daxil olan şirkətlərin əksəriyyəti Asiyada fəaliyyət göstərir və onların yarısından çoxu Top 20-likdədir.

Qlobal çirklənmənin ən böyük maliyyələşdiricisi “Barclays” bankı adlandırılıb. O, reytinqdəki şirkətlərə təxminən 3.1 milyard dollar borc pul verib. İlk beşliyə həmçinin “HSBC” (2.9 milyard dollar), “Bank of Amerika” (2.9 milyard dollar), “Citigroup” (2.8 milyard dollar) və “JPMorgan Chase” (2.7 milyard dollar) daxil olub.

Son xəbərlər
Digər xəbərlər