-1 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

Dünyadakı təbii fəlakətlər ötən il sığortaçılara 120 mlrd. dollara başa gəlib

ABŞ-da dağıdıcı qasırğalar və soyuq hava şəraiti fonunda ötən il sığorta şirkətləri üçün təbii fəlakətlər üzrə ödəmələr ifadəsində ən ağır ikinci il olub.

2021-ci ildə təbii fəlakətlər nəticəsində sığortalanmış itkilərin həcmi təqribən 120 mlrd. ABŞ dolları təşkil edib, bu da qasırğaların aktiv olduğu 2017-ci ildə qeydə alınmış 146 mlrd. dollarlıq zərərdən sonra ikinci göstəricidir.

Şirkət bildirib ki, ötən ilin dekabr ayında ABŞ-da tüğyan edən “İda” qasırğası sözügedən itkilərin yaranmasında əhəmiyyətli rol oynayıb və 36 mlrd. dollarlıq sığortalınmış zərər vurub. Bundan əlavə, sığorta ilə əhatə olunmayan itkilər də daxil olmaqla ümumi qlobal dəymiş ziyan 280 mlrd. dollar səviyyəsində qiymətləndirilir.

Mənbə:Apa
Son xəbərlər
Oxşar xəbərlər