24 C
Baku
Saturday, June 29, 2024

Dünyagöz Xəstəxanası 8 min manatadək cərimələnə bilər

“Dünya Göz Azərbaycan” MMC barəsində inzibati xəta protokolu tərtib edilib.

Banker.az bu barədə əldə etdiyi məlumata görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə irəli sürülüb.

Protokol Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Günel Səmədovadır.

Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə — vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Bu protokolun imzalanması şirkətin artıq cərimələnməsi deyil. Belə ki, Məhkəmə, iş materiallarını araşdırmaqla şirkətin cərimə edilib-edilməyəcəyinə qərar verir.

Son xəbərlər
Digər xəbərlər