20 C
Baku
Sunday, October 6, 2024

Dünyanı dəyişmiş ən məşhur mühacirlər

Hazırda Suriya, Əfqanıstan, Eritreya, Pakistan, Nigeriya və həmçinin Afrikanın digər ölkələrindən Avropaya mühacir axını ən gündəmdə olan məsələdir. Bütün bu problemlərin sonunun necə olacağı heç kəsə bəlli deyil. Bu məqalədə qismən mühacir olan və müəyyən mənada qaçqınlıq tarixçəsinə malik məşhur insanlardan bəhs edəcəyik. Ola bilsin, hazırkı qaçqınlar arasında da çoxlu sayda bacarıqlı insan gizlidir.

  1. Steve Jobs

Çox az insan Steve Jobs-un suriyalı miqrantın oğlu olduğunu bilir. Buna baxmayaraq, Jobs böyük uğura nail olur və amerikalı sahibkar olmağı bacarır, Apple şirkətinin yaradıcısı, sədri və icraçı direktoru olur.

  1. Dalay-Lama

Dalay-Lama ölkəyə rəhbərlik etdiyi zaman 1949-cu ildə Çin qoşunlarının işğalı zamanı Tibetdən qovulmuşdu. O Hindistana qaçmış və 2011-ci ilə qədər mühacirətdə ola-ola Tibet hökumətinin faktiki rəhbəri olmuşdur.

  1. Albert Eynşteyn

Bu dahi şəxsiyyət Almaniyada yoxsul yəhudi ailəsində dünyaya gəlib. Hitler hakimiyyəti zamanı sahib olduğu mənşəyə görə dövlətə xəyanətdə ittiham edilən Albert Eynşteynin bir çox işi yandırılır. Lakin bu ona dünyanın dahi şəxsiyyəti olmasına mane olmadı.

  1. Bob Marley

Yəqin ki, bir çoxları Bob Marley-in ata tərəfdən suriyalı-yəhudi olduğunu bilmir. O yamaykalı musiqiçi, gitaraçı və vokalist idi. Onun ölümündən uzun müddət keçməsinə baxmayaraq, Bob Marley reggi tərzində ən məşhur ifaçı olaraq qalır.

  1. Taslima Nasrin

Taslima Nasrin benqal yazıçı və feminist idi. O 1980-ci illərdə o məşhur yazıçı kimi məşhur olmasa da, artıq 10 ildən sonra özünün kəskin feminizmliyi, ümumilikdə dini, qismin də İslamı tənqid etdiyinə görə dünya məşhurluğu qazanır. Bundan sonra onun Banqladeşə qayıtması qeyri-mümkün olur və o Kəlküttədə (Hindistan) yerləşməli olur. 2007-ci ildə sosial etirazlar səbəbindən Hindistan rəhbərliyi bir neçə ay onu gizlədir, bundan sonra o İsveçə getməsinə baxmayaraq, tezliklə yenidən Hindistana qayıdır.

  1. Ceki Çan

Çan Çində dünyaya gəlsə də tezliklə Çindəki vətəndaş müharibəsindən ehtiyat edərək ailəsi ilə birlikdə qaçqın qismində Avstraliyaya mühacirət edirlər. O öz karyerasını kaskadyor olaraq başlasa da, tezliklə bütün dünyanın sevdiyi məşhur aktyora çevrilir.

  1. Ziqmund Freyd

Psixoanalizin yaradıcısı olan Freyd Hitlerin hücumundan sonra Avstriyaya qaçmış və burada 79 il yaşamışdır. 1939-cu ildən başlayaraq Londonda yaşamış və təəssüflər olsun ki, mühacir olaraq dünyasını dəyişmişdir.

  1. Jerry Springer

Jerry-nin sözlərinə görə, o “yoxsul qaçqın” idi. O Londonda Marqo və Riçard Springerlərin, alman əsilli yəhudilərin ailəsində dünyaya gəlmişdi. Onlar 1939-cu ildə Almaniyadan Böyük Britaniyaya köməyə məcbur olur. Lakin bu onun hər kəsin sevimli teleaparıcı olmasına mane olmadı.

  1. Karl Marks

Bu alman filosof inqilabçı sosialist idi. 1845-ci il fevral ayının əvvəlində Parisdən qovulur və Brüsselə gələrək burada düşüncələrini sərbəst ifadə etməyə başlayır.

Son xəbərlər
Digər xəbərlər