Biz sizə 10 yaşlı oğlan uşağından ən xoş və gülməli yaxşılıq dərsini təqdim edirik. Bu uşağı sevməmək mümkün deyil. Həmçinin biz nəinki sizi sevindirəcək, həm də sizi kiməsə yaxşı söz deməyə həvəsləndirəcək bir çarx paylaşmaq istəyirik.
Daha tez-tez istifadə etməli olduğumuz ifadələr
- “Çox sağol”. Hər gün bacardığınız qədər daha çox minnətdarlıq edin.
- “Üzr istəyirəm”.
- “Sürpiz! Mən sənə hədiyyə almışam, çünki sən mənim dostumsan». Nə qədər çox hədiyyə olsa, bir o qədər də çox xoşbəxt insan olacaq. Axı bu yaxşı fikirdir.
- “Bağışla”.
- “Mən səni bağışlayıram”.
- 1 “Sən bacararsan!”Lakin əgər bir insan hər hansısa bir işin öhdəindən gələ bilməyəcəini bilirsənsə, ona bu ifadəni demə.
- “Mən də öz köynəyimi batırmışam”. Kiminsə köynəyindəki ləkəyə baxmamışdan öncə öz köynəyinin üzərindəki ləkəyə bax.
- “Xahiş edirəm”.
- “Hər şey yaxşı olacaq”.
- “Sən mənə hədiyyə almısan? Niyə əziyyə tçəkmisən?”.
- “Mən bilmirəm”. Bir çox insan bu ifadə işlətməyi öyrənməlidirlər. Bəli, həmçinin sən də.
- “Sən çox yaxşısan və mən sənin adını öz itimə vermişəm”. Ya da ki, yox. Əgər kiminsə adını itə versək, həmin şəxs bizdən inciyə bilər. “mən sənin adını öz qayığıma vermişəm”. Bəs əgər sənin qayığın yoxdursa? Ən yaxşısı: “Sən çox yaxşısan, mən öz adımı dəyişərək sənin adını götürmüşəm”. Bu ifadə də o qədər də yaxşı səslənmir. Sadəcə olaraq insanlara onları yaxşı olduqlarını evə bunu ürəkdən de.
- “Salam, mənim heç vaxt görmədiyim insan!”
- “Mənim idman komandan hər zaman ən yaxşı olmur”.
- “Heç nə”. Bəzən bu bizim istifadə edə biləcəyimiz ən yaxşı ifadədir.
- “Gülməli səs çıxarda bilərsən”. Bunun heç bir mənası yoxdur, lakin bu gülməlidir.
- “Mən səninlə razı deyiləm, lakin sən bir şəxsiyyət kimi mənim xoşuma gəlirsən. Və mən hər zaman sənə hörmət edəcəm, çünki əks halda mən hər şeyi korlayardım. Bir çox insan bunu başa düşmür və bu çox pis bir haldır”.
- Mənə belə uzun bir ifadədən sonra fasilə lazımdır.Kiminləsə razılaşmamaq normaldır, kiminsə xətrinə dəyməyə çalışmaq isə qeyri-normaldır.
- Bəzən sadəcə olaraq: “AAA”, – deyə qışqırmaq lazımdır.
- “Həyat çox qəlizdir”.Nəisə. Əgər sən kiməsə xoş bir şey demək istəyirsənsə, çox fikirləşmə. Sadəcə de.
Bir də mənim sizin üçün bonusum var! Daha bir neçə ifadəni də tez-tez demək olar.
“Gəl rəqs edək!”
Bəs siz necə fikirləşiriniz, insanlar daha nəyi daha tez-te deməlidirlər?
Robi Novak TED-in ən gənc yumoristlərindən biridir. O, “Körpə Prezident” ləqəbi ilə məşhurdur.
Bu oğlan uşağı əsl internet-sensasiyası olmuşdu. O, Barak Obamadan, Pan Gİ Munadan, Beyonsdan, Reyn Uilsondan müsahibə götürməyi bacarmışdı. Bir neç ay ərzində o, “Dünyanı necə darıxdırıcı olmaqdan azad etmək olar” şüarlı bir sıra həvəsləndirici virus çarxları yazmışdı. Özünü Körpə Prezident “yeni nəslin səsi”adlandırır.
Comments are closed.