2 C
Baku
Saturday, December 14, 2024

Dünyanı fəth edən marketinq gedişləri

Hər yeni yaranan brend çətin həyat yolundan keçməli olur, onların taleləri heç də asan gətirmir. Kim isə “adam içinə çıxaraq” dünyanın fəth etməyə müyəssər olur, kim isə elə öz işığında sönür. Görünməmiş populyarlığa nail olmaq üçün, vaxtı ilə müxtəlif ticarət markaları kiçik, amma yaxşı işə yarayan marketinq kələklərindən istifadə etmişlər.

Red Bull

reklama4 400,.jpg

 1992-ci ildə o qədər tanınmamış Red Bull içkisi Avropa və ABŞ bazarlarında peyda olur. Həmin dövrdə Pepsi, Labatt, Coca-Cola və Molson kimi nəhəng şirkətlər ilə rəqabətə  girmək heç də asan deyildi.

Asan olmayan bu rəqabətə tab gətirmək üçün istehsalçı kompaniyanın beynəlxalq marketinq üzrə baş direktoru Ditrix Mateşits bir neçə təklif irəli sürür: rəqiblər ilə müqayisədə qiyməti süni şəkildə iki dəfə yuxarı qaldırmaq, taranın (içkinin satıldığı qab) həcmini azaltmaq, taranı «batareya» formasında buraxmaq, dükanlarda məhsulları onlar üçün standart olmayan yerlərdə yerləşdirmək, şərab –su məhsulları, kolbasa və hətta  un məmulatları şöbələrində.

Amma ən dahiyanə ideya enerji gətirici bu içkini universitet kampuslarında  pulsuz paylamaq oldu. Çox bilmiş cavanlar içkini araq ilə qarışdırmaq üsullarını tapdılar, bu isə Red  Bull içkisinin məşhurluğunu daha da artırdı.

IKEA

ikea 400.jpg

 «Bu hələ azdır!» – yankilər demişdi. Amerika və isveç mebel bazarını mənimsəmə zamanı ortaya çıxan problemlər heç də zarafat deyildi: Mebel Avropada olduğu kimi tələbatla qarşılanmırdı.

Belə məlum olmuşdur ki, iri gövdəli amerikanları mebellərin xırda ölçüləri heç də qane etmir. Lazım olan yeganə şey, mebellərin ölçüsünü böyütmək idi. Bundan sonra işlər yağ kimi getməyə başlayır.

Camel

reklama5 400,.jpg

 Müəmma və sirlər təkcə qadınlara məxsus olmalı deyil. Teaser reklamları (teaser ingiliscə qıcıqlandırıcı deməkdir) maraqlı marketinq taktikasıdır. Bu zaman  reklam elanı qismində xüsusi intriqaya səbəb olan təsvir və ya fraza istifadə edilir, bu isə istehlakçının marağına səbəb olur. Bir qayda olaraq, sirr daha sonra aşkar edilir.

Amma çox az adam bilir ki, ilk dəfə bu texnologiya Camel tütün məhsullarını bazarda irəlilətmək məqsədi ilə istifadə olunub. Marketinq mütəxəssislərin ağlına gəlir ki, dəvə obrazı müxtəlif reklam aksiyalarının keçirilməsi üçün çox əla gedişdir.

ABŞ şəhərlərindəki dükan və köşklərdə ilk Camel siqaret qutuları peyda olmamışdan qabaq qısa elanlar meydan çıxmışdı. «Dəvələr». Daha sonrakı elan belə idi: «Dəvələr gəlir». Daha sonrakı elanda isə deyilirdi: «Sabah şəhərdə dəvələrin sayı Asiya və Afrikada olduğundan daha çox olacaq».  «„Dəvələr“ siqaretləri artıq burdadır!» -son elanda belə deyilirdi.

Reklam aksiyası elə bir əks-səda doğurdu ki, demək olar ki bütün siqaret həvəskarları Camel-in dadına baxdılar.

AlkaSeltzer

reklama9 400,.jpg

 İstehlakçını aldadaraq ona lazım olduğundan iki dəfə daha çox məhsul almağa inandırmaq üçün, ona sadəcə bunu etməyi məsləhət görmək lazımdır.

1960-cı ildə çəkilmiş reklam çarxında dünya ilk dəfə baş qəhrəmanların eyni anda iki AlkaSeltzer həbi qəbul etməsini gördülər, Analoji olaraq eyni anda iki dəbli saqqızı çeynəmək və ya saçları yuyarkən başı iki dəfə şampunlamaq da olar.

Pepsi

reklama6 400,.jpg

 Böyük Amerika depressiyası zamanı rəqib Coca-Coladan fərqli olaraq Pepsi öz içkilərini 340 milli litrlik tarada (içki qablaşması)  satmağa başlayır, həmin zamanlar Cola-nın içkiləri 170 ml idi, amma hər iki içki eyni qiymətə satılırdı. Məhz bu üsulla Pepsi öz satışlarını artırmağa müvəffəq oldu.

Absolut Vodka

vodka absl 400.jpg

 «Cənablar, bunu günah kimi deyil, dərman kimi qəbul edin» – Lars Landimark belə düşünür və bunun ardınca elit arağı mikstura (qaşıq dərmanı) şüşəsini xatırlayan tarada satmağı təklif edir.

Snickers

reklama8 400,.jpg

1993-ci ildə keçmiş sovet məkanında yerləşən ölkələrin əhalisi başa düşə bilmirdi ki, çayın yanında əlavə edilmiş bu balaca şokolad necə bütöv bir naharı əvəz edə bilər, amma reklamçılar öz iddialarında israrlı idilər və məhsulu məhz belə təqdim etməkdə davam edirdilər. Amma əvvəlcə gənclərin, daha sonra isə yeniyetmələrin qəlbini fəth edən bu şokolad əsl müəvəffəqiyyət qazana bildi.

Tefal

reklama3 400,.jpg

 Tefal tavalarının istehsalçıları əmin idi ki, məhz yağsız yemək hazırlamaq imkanı  bu məhsulları evdar xanımlar və aşpazlar üçün yaralı edir, amma sən demə onlar yanılırmış.

Bilirsiniz Tefal qab-qacağının populyarlığı necə artdı? Reklamlarda  deyilirdi ki, Tefal qablarını yumaq qat-qat daha asandır, çünki onların səthinə heç nə yapışmır, bununla da qabları almaq istəyən qadınları sayı artdı, daha xoş bir xəbər isə bu qabların yeməkləri yandırmamağı oldu.

Chupa Chups

reklama2 400,.jpg

 Bütün uşaqlar şirniyyatları sevirlər –bu aksiomdur!  Amma uşaqlar adi bir nabatı yeyənə qədər üst-başlarını başdan ayağa qədər şəkərə bulayır və çirkli əllərini üstlərinə sürtürlər.

Cupa Chupsun yaradıcıları  konfetləri balaca bir çubuğun başına dolayarkən məhz bu amilə istinad etmişlər ki, belə halda uşaqların əlləri və üst başları bulanmayacaq. Yeni konsepsiyanın dizaynını Salvdor Dali özü hazırlamışdır. Reklam şüarı isə belə deyir: «O dairəvidir və ləzzət uzun müddət davam edir».

Marlboro

reklama1 400,.jpg

Ən tamahkarlar isə Marlboro siqaretlərinin istehsalçıları olmuşdur. Onlar başa düşmüşdülər ki, siqar həvəskarlarının əksəriyyəti siqareti qutudan elə çıxardırlar ki, bu zaman siqaret qutusunu köynəyin cibindən çıxarmaq lazım gəlmir. Belə olduqda əksər adamlar istehlakçının hansı növ siqaret markasından istifadə etdiyini görmür.

Bu problemin həlli üçün fliptoplar – siqaret qutuları üçün qatlanan-açılan qapaqlar  icad edilmişdi. Belə bir qutunu açmaq üçün siqaret çəkənlər nisbətən əziyyət çəkməli olur, ətrafdakılar isə onların məhz hansı siqarı çəkdiyini görmək şansı əldə edir. Bu qapaqları açmaq üçün siqareti mütləq cindən çıxarmaq lazım gəlir.

Son xəbərlər
Digər xəbərlər