28.3 C
Baku
Tuesday, June 25, 2024

“Dünyanı izah edən 40 xəritə”dən seçmələr

“Məktəblərdə tədris edilməyən dünyanın 40 xəritəsi” peyda olduqda, Washington Post qəzeti bu kolleksiyanı tamamlamağı və özünün “Dünyanı izah edən 40 xəritə”sini təqdim etməyi qərara aldı.

Aşağıda bu kolleksiyanın ən maraqlı 7 xəritəsi ilə tanış ola bilərsiniz. 

1. Harada doğulmaq ən yaxşı və ən pisdir? Economist Intelligence Unit-in araşdırmasına əsasən doğulmaq üçün ən pis ölkələr Ukrayna, Qazaxıstan və s. bir neçə ölkədir. Ən yaxşı ölkələr kimi isə Kanada, Skandinaviya, ABŞ və bir neçə Avropa ölkəsinin adı çəkilir.

mirs1

2. Hansı millət daha emosionaldır? Tədqiqat müəllifləri dünyada ən emosional millət olaraq amerikanları, kanadalıları və əlbəttə ki latın amerikalıları müəyyən etmişlər. Təəccüblüdür ki, italyanlar nədənsə bu reytinqə liderlik etmir.

mirs2

3. Kim daha tolerantdır? Sorğu əsasında iştirakçılara belə bir sual verilmişdi: “Qonşunuzun başqa milliyyətdən olmasını istərdinizmi?”. Bu sorğu nəticəsində Hindistan əhalisinin heç də tolerant olmadığı müəyyənləşdi. Ən tolerant olaraq isə Şimali Amerika əhalisi çıxış edir və onlar istənilən millətin nümayəndəsi ilə qonşu olmağa razıdırlar.

mirs3

4. İrqi və milli tolerantlıqdan tutmuş, cinsi ayrı seçkiliyə qədər. Harada xüsusi ilə homoseksual əlaqələrə daha pis münasibət bəslənir? Cavab heç bir şərh tələb etmir.

mirs4

5. Harada insanlar özünü daha sevimli hiss edir? Görünür sevgi hamıya azlıq edir. Filippin və Puerto-Riko sakinləri nədənsə sevgini az hiss edir. Böyük təəccübə isə sevgi hissinin daha yüksək olduğu Özbəkistan, Qırğızıstan və Monqolustan səbəb olub.

mirs5

6. Hansı ölkədə siqaret çəkənlərin sayı daha çoxdur? Bu siyahıya isə Rusiya liderlik edir. Araşdırmanın nəticəsinə görə hər il 4 min rusiyalı bu zərərli vərdiş səbəbi ilə dünyasını dəyişir. Bu isə Rusiya büdcəsinə 48,1 milyard dollar ziyan yetirir.

mirs6

7. Və nəhayət hansı ölkənin əhalisi öz iqtisadiyyatı barədə nə düşünür? Çinlilər burada ən optimist ölkə əhalisi kimi çıxış edir, belə ki, onlar hələ də ölkə iqtisadiyyatının gələcəyinə inanırlar. ABŞ-da da həmçinin ölkə iqtisadiyyatı müsbət qiymətləndirilir. Yaponiyada isə həyata realist yanaşma mövcuddur və optimizm üçün heç bir əsas yoxdur.

mirs7

Son xəbərlər
 ⁠
Digər xəbərlər