Dünyanı yeni böhranlar gözləyir

  •  
  •  
  •  
  •  

Avropa maliyyə spekulyantlarına qarşı müharibə elan etməyə hazırdır: bundan sonra onların keçirdiyi əməliyyatlar Aİ ölkələrində vergiyə məruz qalacaq. Bu mübarizədə kimin daha çox itki ilə üzləşəcəyi bəlli deyil, çünki birja oyunçuları sadəcə digər döyüş meydanlarına üz tuta bilərlər və belə olduqda qərbi Avropa onda dövr edən maliyyə kapitalının böyük bir hissəsindən məhrum ola bilər. 

Maliyyə əməliyyatları üzərinə vergi qoyulması ideyası hələ ötən əsrin 30-cu illərində Keyns tərəfindən irəli sürülüb, daha sonra Ceyms Tobin tərəfindən inkişaf etdirilmişdir. Buna görə də ona “Tobin vergisi” adı vermişlər. İdeya kifayət qədər sağlam və ağlabatan görünür: fond birjalarının dövriyyəsinə də bir sıra ölkələrdə adi məhsulların məruz qaldığı vergiləri tətbiq etmək.

Buna baxmayaraq, o son günlərə qədər sadəcə ideya olaraq qalırdı. Istisna olaraq yeddi illik ekperimentdən də sonra onun İsveçdə tətbiqini misal gətirmək olar (80-90-cı illərdə), nəticədə isə investorlar kütləvi şəkildə Stokholm birjasını tərk etməyə başlayır. Bununla yanaşı artıq uzun müddətdir ki, Britaniyada səhmlər ilə bağlı sövdələrə tətbiq edilən “gerb rüsumu” adlı vergi mövcuddur, amma o, yeri gəlmişkən birja dövriyyəsinin çox cüzi bir hissəsini əhatə edir və hazırkı ifrat həddinə çatmış spekulyasiyaya az təsir edir.

Eyni zamanda 2008-2009-cu illər qlobal maliyyə böhranı dünya birliyini maliyyə bazarlarının qarşısı alınmaz mühitinin tənzimləməsi haqqında ciddi düşünməyə sövq etmişdir. Bu sıraya spekulyativ əməliyyatların məhdudlaşdırılması da daxildir. Amma ki, nə G20, nə də Avropa İttifaqının ayrı-ayrı ölkələri səviyyəsində “Tobin vergisinin” tətbiqi barədə razılığa gəlmək mümkün olmamışdır.

Bu verginin ən fəal tərəfdarlarından biri Fransa respublikasıdır. Hələ Nikolya Sarkozinin dövründə Fransa hökuməti Almaniya ilə çiyin-çiyinə Aİ və ya ən azından Avrozona hüdudlarında keçirilən maliyyə tranzaksiyalarına vergi qoyulmasına nail olmağa çalışırdı. Ötən il müzakirələr praktiki müstəvi arxasına keçirildi: Avropa Komissiyası yeni verginin tətbiqi ilə bağlı layihə hazırladı. Verginin miqdarı kifayət qədər mərhəmətli təsir bağışlayır, səhm və istiqrazlar ilə bağlı əməliyyatlara cəmi 0,1%, digər maliyyə alətlərində isə 0,01%.  Bu rəqəmin belə kiçikliyinə baxmayaraq, sözü gedən addım tətbiq edilərsə ildə 57 milyard avro toplamaq mümkün olacaq, həm də bazarların spekulyativ atəşini bir o qədər söndürəcəkdir. Hələ ki, Aİ-nin nazirlər Şurası Avropa Komissiyasının təklifini rədd edir.

Belə olduqda Fransa bir tərəfli şəkildə maliyyə tranzaksiyalarına vergi tətbiq etməyə başlayır (cari ilin avqustun 1-dən). Indi artıq Fransa beşinci ölkədir ki, öz ərazisində satılan səhmlərin dəyərinin 0,1%-ni vergi kimi tutur, ölkədəki maliyyə nəhənglərinin miqyasını nəzərə alsaq (kapitallaşma səviyyəsi 1 milyard dolları üstələyir) vergidən daxil olmaların həcmini  təsəvvür etmək olar.

Bundan əlavə  yüksək sürətli treyderlərdən (1 saniyə ərzində müəyyən qiymətli kağızın alqı-satqısı ilə bağlı “n” sayda təklif irəli sürə bilən) onlar tərəfindən realizə olunan maliyyə alətlərinin dəyərinin 0,01%-i həcmində vergi saxlanılır. Həmçinin, müqavilə müəyyən aktivə bağlı olmadıqda kredit derivatlivlərinin alınmasına (СDS),  qoyulan vergi miqdarı da 0,1% təşkil edir. Beləliklə yeni vergi müstəsna olaraq birja spekulyantlarına qarşı yönəldilib, İPO təşkil edən kompaniyalar, klirinq palataları və mükafat qismində səhm əldə etmiş firma əməkdaşları ondan azaddır.

Ola bilsin ki, analoji vergi bu yaxınlarda , bütünlüklə olmasa da Avrozona miqyasında da tətbiq ediləcək. Bu proyektin işə salınması üçün ən azından 9 ölkənin razılığı tələb olunur. Beləliklə, keçən çərşənbə axşamı Aİ ölkələrinin nazirlərinin toplantısında Avrokomissiya xəbər verdi ki, yeni Erginin tətbiqini artıq 11 ölkə dəstəkləyib (o cümlədən qitənin ən nəhəng ölkələri –Almaniya, Fransa, İtaliya, İspaniya).

Digərləri ya verginin əleyhinədir, ya da hələ götür qoy edirlər. Məsələn, Finlandiyanın mövqeyi özünəməxsusdur: onlar qonşu İsveçin qərarını gözləyir. Fin baş nazir Yurki Kataynenin sözlərinə əsasən, Helsinki prinsip baxımından yeni vergini dəstəkləməyə hazırdır. Amma “İsveçin yeni layihədə iştirak etməyəcəyi təqdirdə” bu əlbəttə ki Finlandiyaya da təsir edəcək. Biz vergi üzündən iş yerlərini və ya biznes fəaliyyətini İsveçə güzəştə getmək niyyətində deyilik” –o situasiyanı yerli KİV nümayəndələrinə şərh edib.

Bir sözlə, mümkün kapital axını ilə bağlı ehtimallar həddindən artıq güclüdür. Ekspertlər isə qeyd edir ki, “Tobin vergisini” tətbiqi zamanı spekulyantlara başqa yerlərə üz tutmaq heç də mütləq olmayacaq. İstəyəndə bu vergidən asanlıqla yayılmaq olar. Bundan ötrü CFD (Contract for difference, qiymət fərqi müqaviləsi) adlı maliyyə alətindən istifadə etmək kifayətdir. Onlar səhmlərin faktiki olaraq ötürülməsi olmadan, səhmlərlə bağlı sövdələr həyata keçirməyə icazə verir: sövdələşməmin predmeti müvafiq müqavilənin başlaması anındakı qiyməti ilə sona yetməsi anı arasındakı qiymət fərqi olur. Bu mexanizm Böyük Britaniyada “gerb rüsümu” vergisindən yayınmaq məqsədi ilə düşünülüb. Belə mexanizmdən istifadə zamanı spekulyantlar  vergidən yayınmaqla öz məqsədlərinə çatır, maliyyə bazarları isə real aktivlərdən uzaqlaşaraq daha virtual olur. Demək, onun gözlənilməz böhranlara uğramaq riski daha da çoxalır.

İstənilən halda “Tobin vergisi” o qədər də effektiv təsir bağışlamır. O, yalnız öz məqsədinə çata bilər ki, (o da müəyyən dərəcə də) bütün planetdə irimiqyaslı şəkildə tətbiq edilsin. Amma buna hələ çox var: Nə ABŞ, nə də Böyük Britaniya özlərinin inkişafda olan birjalarının fəaliyyətini və artımını hər hansı bir vasitə ilə məhdudlaşdırmaq niyyətində deyillər. Bir sözlə -birja oyunları və spekulyativ kapital  olduqca aldadıcı məfhumlardır, deməli bizi növbəti böhranlar gözləyir.


  •  
  •  
  •  
  •