11 C
Baku
Monday, November 25, 2024

Dünyanın ən etibarlı aviaşirkətləri hansılardır?

Almaniyanın JACDEC (Jet Airliner Crash Data Evaluation Centre) adlı təyyarə qəzalarını araşdıran bürosu Hamburqda ənənəvi “Dünyanın ən etibarlı aviaşirkətlərinin reytinqi”-ni təqdim etmişdir. Qeyd edək ki, reytinq 2013-cü ilin nəticələrinə əsasən təşkil edilmişdir.  

Air New Zealand — Yeni Zellandiyanın milli aviaşirkətidir və əsası 1940-cı ildə qurulub. Aviaşirkət ölkədaxili 27, əcnəbi ölkələrə isə 26 istiqamətdə uçuşlar həyata keçirir. Air New Zealand dünyada yeganə aviaşirkətdir ki, onunla Yer kürəsinin ətrafında dövr etmək mümkündür. Bu aviaşirkət 2012-2013-cü illərdə Piter Ceksonun “Hobbit” adlı reklam kampaniyasında iştirak etmişdi.

Cathay Pacific Airways — şirkəti 1946-cı ildə yaradılıb və Honq Konqun beynəlxalq hava limanında yerləşir. Aviaşirkət mütəmadi olaraq bütün dünya üzrə 114 istiqamətə sərnişin və yük daşınmasını həyata keçirir. Cathay Pacific şirkəti Skytrax 5 ulduzlu reytinqinə sahib dünyanın 6 aviaşirkətindən biridir.

Finnair — 1924-cü ildə yaradılıb. Bu əsas bazası ilə Vantaa şəhərində yerləşən Finlandiyanın milli aviaşirkətidir. Finnair dünyanın 50 dövlətinə reyslər təşkil edir və 1963-cü ildən etibarən Avropanın ən təhlükəsiz hava daşıyıcısı hesab olunur.

Emirates — Dubayda yerləşən dünyanın ən nəhəng aviaşirkətlərindən biri olan Emirates şirkətinin əsası 1985-ci ildə qoyulub. Emirates Airlines şirkətinin marşrut xətti bütün dünya üzrə 130-dan çox şəhər və 60-dan çox ölkəni əhatə edir. Şirkətin aviaparkı dünyada ən gənclərdən biridir və 200 Airbus və Boeing təyyarələrindən ibarətdir. Hər həftə Dubaydan mindən çox təyyarə 6 qitəyə uçur.

EVA Air — əsası 1991-ci ildə qoyulub və Tayvanın böyüklüyünə görə ikinci aviaşirkətidir. Şirkət Asiya, Avropa və Şimali Amerikaya beynəlxalq reyslər təşkil edir. Burada hər il 6 milyon sərnişin daşınır. Şirkətin özünün Evergreen Club loyallıq proqramı mövcuddur.

 British Airways — əsası 1974-cü ildə qoyulub və Böyük Britaniyanın nəhəng aviaşirkətlərindən biridir. Şirkətin baza hava limanları Heathrow və Gatwick-dir. Bununla yanaşı British Airways Oneworld aviasiya ittifaqının üzvüdür. Şirkətin təyyarələri bütün dünya üzrə 222 reys həyata keçirir. Şirkət həmçinin Avropada ən böyük və gənc təyyarə parkına sahibdir.

TAP Portugal  — əsası 1946-cı ildə qoyulub və Portuqaliyanın milli aviaşirkətidir. Şirkət Lissabonun Portela hava limanında yerləşir. Şirkət 14 mart 2005-ci ildən etibarən Star Alliance-a daxildir. TAP Braziliyaya reyslər təşkil edən nəhəng operatordur. Hazırda TAP şəbəkəsinə 30 ölkədə 65 hava limanı daxildir. Şirkət gündəlik olaraq isə 1600 reys həyata keçirir.

Etihad Airways — əsası 2003-cü ildə qoyulub və BƏƏ-nin milli aviaşirkətidır. Şirkətin baş-qərargahı Abu-Dabidə yerləşir. Etihad ərəb dilindən tərcümədə “ittifaq” mənasını verir. Şirkət Yaxın Şərq, Avropa, Asiya, Avstraliya və Şimali Amerikaya 84 istiqamətdə yük və sərnişin daşınmasını həyata keçirir.

Air Canada — əsası 1937-ci ildə qoyulub və Star Alliance-ın yaradıcı-üzvlərindən biridir. Şirkət Monreal şəhərində yerləşir. Air Canada 5 qitə üzrə 175 istiqamətlərdə uçuşlar həyata keçirir. 23 iyul 1983-cü ildə Monrealdan uçuş həyata keçirən aviaşirkətin Boeing 767-200 təyyarəsi şirkətin tarixinə “Gimli planeri” adı ilə daxil olub. Belə ki, uçuş zamanı təyyarənin yanacağı bitir. Bu zaman təyyarənin komandiri Robert Pirson idarəetmə panellərinin köməkliyi ilə təyyarənin öz idarəsi altına ala bilir və təyyarəni 60 sərnişin və 8 heyət üzvü ilə Gimli aviabazasına endirə bilir.

Qantas Airways — əsası 1922-ci ildə qoyulub və Avstraliyanın ən böyük aviaşirkətidir. Şirkət dünyanın ən qədim aviaşirkətləri siyahısında ikinci yerdədir. Həmçinin “Uçan kenquru” (The Flying Kangaroo) ləqəbinə sahibdir. Şirkətin baş-qərargahı Sidneydə yerləşir və 144 istiqamətdə uçuşlar həyata keçirir. Qantas-ın təyyarə heyətinə 135 hava gəmisi daxildir.

Son xəbərlər
Digər xəbərlər