4 C
Baku
Saturday, February 24, 2024

Dünyanın ən bahalı avtomobil markası açıqlanıb

Ötən il bazar dəyəri 8% artaraq 64.5 milyard dollara çatan Yaponiyanın “Toyota” şirkəti 2023-cü ildə dünyanın ən bahalı avtomobil markası olub. İkinci yeri 61.4 milyard dollar bazar dəyəri ilə Almaniyanın “Mercedes-Benz” şirkəti tutub. Üçüncü yerdə 9% artımla “BMW” yer alıb. 2023-cü ilin sonunda Bavariya brendi 51.2 milyard dollar (+10%) nəticə göstərib.

Amerikanın “Tesla” şirkəti dünyanın ən bahalı avtomobil markaları siyahısında dördüncü yerdədir – İlon Maskın “övladı”nın dəyəri bu il 4% artaraq 49.9 milyard dollar təşkil edib.

İlk beşliyi Yaponiyanın Honda (24.4 milyard dollar, +7%) bağlayıb, TOP 100 ən qiymətli avtomobil istehsalçılarına həmçinin “Hyundai” (32-ci yer), “Audi” (45-ci yer), “Porsche” (47-ci yer), “Volkswagen” (50-ci yer), “Ford” (51-ci yer), “Nissan” (63-cü yer), “Ferrari” (70-ci yer) və “Kia” (88-ci yer) daxil olub.

Son xəbərlər
Digər xəbərlər