19 C
Baku
Tuesday, April 16, 2024

Dünyanın ən bahalı idman klublarının siyahısı açıqlanıb

“Forbes” nəşri dünyanın ən bahalı idman klublarının adlarını açıqlayıb.

50 klubun yer aldığı siyahıya 7 futbol komandası düşüb.

Maraqlıdır ki, siyahının 60 faizi Milli Futbol Liqasının (NFL) təmsilçilərindən ibarətdir. “50-lik”də həmçinin Milli Basketbol Assosiasiyası (NBA), “Formula 1” və Beysbol Liqasının (MLB) klubları da var.

Futbol klublarından yalnız “Real” (İspaniya – 6,07 milyard dollarla 11-ci), “Mançester Yunayted” (İngiltərə – 6 milyard dollarla 13-cü), “Barselona” (İspaniya – 5,508 milyard dollarla 18-ci), “Liverpul” (İngiltərə – 5,288 milyard dollarla 20-ci), “Mançester Siti” (İngiltərə – 4,99 milyard dollarla 23-cü), “Bavariya” (Almaniya – 4,86 milyard dollarla 24-cü) və PSJ (Fransa – 4,21 milyard dollarla 36-cı) siyahıya düşüblər.

Ən bahalı 10 idman klubu:

1. “Dallas Kovboys” (NFL) – 9 milyard dollar.

2. “Nyu-York Yankis” (MLB) – 7,1 milyard dollar.

3-4. Qolden Steyt Uorriors” (NBA) – 7 milyard dollar.

“Nyu-İnqlend Petriots” (NFL) – 7 milyard dollar.

5. “Los-Anceles Rems” (NFL) – 6,9 milyard dollar.

6. “Nyu-York Cayents” (NFL) – 6,8 milyard dollar

7. “Çikaqo Bearz” (NFL) – 6,3 milyard dollar.

8. “Las-Veqas Reyders” (NFL) – 6,2 milyard dollar.

9-10. “Nyu-York Niks” (NBA) – 6,1 milyard dollar.

“Nyu-York Cets” (NFL) – 6,1 milyard dollar.

Son xəbərlər
Digər xəbərlər