Dünyanın ən bahalı metalı

Dünyada hansı metalın daha baha olması ilə bağlı mübahisələr artıq uzun müddətdir ki, davam edir. Uzun illərdir ki, dünyanın ən bahalı metalı qızıl hesab olunur, onun qiyməti dünyanın bütün ölkələrində yüksək tutulurdu. Qızıl təkcə metal pulların (sikkələrin) hazırlanması üçün deyil, həm də zərgərlik məmulatlarının hazırlanması üçün istifadə olunurdu. Bu tip əşyalara tələbat həmişə yüksək olub.

Tədricən metallara olan tələbat dəyişir, müəyyən müddət ötdükdən sonra ən bahalı metal platin və palladium hesab olunmağa başlayır. Çünki palladium elm və texnikanın müxtəlif sahələrində istifadə olunurdu.

Texniki proqresin inkişaf ilə və yeni kimyəvi elementlərin kəşf olunmasından sonra Vikipediya müəlliflərinin fikrincə ən bahalı metal, kaliforniy metalıdır. Bu kimyəvi element Kaliforniyanın Berkli universitetində əldə edilmişdir. Kaliforniy elementi plutoniumun nüvə reaktorunda şüalandırılması sayəsində əldə edilib. Hal-hazırda kaliforniy nüvənin parçalanması ilə bağlı müxtəlif eksperimentlərdə, həmçinin şüa müalicəsi zamanı istifadə olunur. Mütəxəssislərin fikrincə, kaliforniy metalının bir qramının dəyəri hal-hazırda  6 500 000  dollar təşkil edir.

Digər mütəxəssislərin fikrincə hazırda dünyanın ən bahalı metalı, həm də ən möhkəm metal olan osmiydir. Osmiy müxtəlif kimyəvi reaksiyaların katalizatoru qismində, həmçinin müxtəlif ölçü cihazlarının hazırlanması, tibbi və bioloji araşdırmalarda və çox nadir hallarda zərgərlik məmulatlarının hazırlanmasında istifadə olunur. Qazaxıstandan başqa osmiy hasil edən ölkələrdən heç biri onu dünya bazarında satmır. Bəzi məlumatlara əsasən osmiy metalının qara bazarda bir qramının qiyməti 200 000 dollar təşkil edir.

Dünyanın ən bahalı metalları sırasında növbəti ad isə poloniumdur. Bu metal neyron mənbələrinin və energetik qurğular üçün lazım olan müxtəlif istilik mənbələrinin hazırlanması üçün istifadə olunur. Poloniumun yüksək toksiki xarakteri var və düşmən tərəfinə keçmiş Aleksandr Litvinenkonun zəhərlənməsi üçün istifadə olunduğu söylənilir. Amma bu versiya rəsmi hakimiyyət nümayəndələri tərəfindən hələ də təsdiq olunmayıb. Bir qram poloniumun qiyməti 30-35 min dollardır

Qiymətli hesab olunan metalların əksəriyyəti investisiya  məqsədi ilə istifadə oluna bilməz. Bu materialların saxlanması olduqca çətin məsələdir, həmçinin bu matların əksəriyyətinin kütləvi qırğın silahlarının hazırlanması üçün istifadə olunduğundan onların istehsalı və satışı dövlətlər tərəfindən ciddi və sərt nəzarət altında saxlanılır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.