19 C
Baku
Şənbə, Oktyabr 16, 2021

Dünyanın ən bahalı pulu satılır – Foto

Screen Shot 2021 09 02 at 14.34.20

Oktyabrın 8-də numizmatlar üçün çox qiymətli olan, 1794-cü ilə aid gümüş ABŞ dollarının yeni sahibi məlum olacaq.

Bu barədə CNN-ə istinadən xəbər verilir.

Qeyd edilir ki, o, ilk dəfə 2013-cü ildə 10 milyon ABŞ dollarına satılıb. Gümüş pul növbəti dəfə hərraca çıxarılacaq və qiymətinə görə yeni rekord vura bilər.

Qədim yunan ilahələri kimi üslublaşdırılmış, Azadlığın təsviri olan qadın profilli sikkə ilk kəsilmiş dollar olub. Ehtimal edilir ki, onu ABŞ prezidenti Corc Vaşinqton əlində saxlayıb.

Həmin dövrdə ümumilikdə 1 758 belə sikkə buraxılıb, lakin bu pullardan dövrümüzə təxminən 130-u çatıb. Onlar geniş ictimaiyyət üçün nəzərdə tutulmayıb və Konqres üzvlərinə, ABŞ-ın fəxri vətəndaşlarına paylanılıb.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Report
Son xəbərlər
360 380
Oxşar xəbərlər