27 C
Baku
Saturday, July 27, 2024

Dünyanın ən bahalı “Rubik kubu”

“Rubik kubu” adlanan oyuncaq ilk dəfə macarıstanlı memar, heykəltəraş professor olan Erno Rubik tərəfindən hazırlanıb. Bu oyuncaq 1980-ci ildə Ideal Toy corp. tərəfindən lisenziyalaşdırılıb. O zamandan bu günə qədər oyuncaqda bir çox dəyişiklər, modifikasiyalar və tamamlamalar aparılmışdır. Lakin ilk yarandığı variantı ən populyar hesab edilir. 

Bütün bu dəyişikliklərlə yanaşı dünyanın ən bahalı Rubik kubu da hazırlanmışdır. Bu variantı isə Diamond Cutters International şirkətinin CEO-su Fred Çellar hazırlamışdır. Bu incəsənət nümunəsini xatırladan versiyanın yaradılması isə 8500 saat tələb etmişdi.

Dünyanın ən bahalı Rubik kubunun yaradılmasında isə 18 karatlıq sarı qızıldan, ağ brilyantlardan, sapfirlərdən və rubinlərdən istifadə olunmuşdur. Ümumilikdə bu oyuncaqda 22,5 karat ametist, 34 karat zümrüd, 34 karat rubin daxil olmaqla 185 karat qiymətli daş var. Bu qiymətli daşlarla zəngin Rubik kubunun qiyməti isə 2,5 milyon ABŞ dolları təşkil edir.

Son xəbərlər
Digər xəbərlər