22 C
Baku
Thursday, April 25, 2024

Dünyanın ən bahalı saatı yenidən bu model oldu

“Only Watch” xeyriyyə hərracında ən bahalı saat yenə də “Patek Philippe” modeli oldu. Polad korpuslu “The Grandmaster Chime Reference 6300A-010” modeli üçün rekord məbləğ – təxminən 31 mln. isveçrə frankı (52,9 mln. AZN) ödənilib.

İkinci yeri müstəqil saat ustası Fransua-Pol Jurn tutub. Onun saatları üçün 1,8 mln. frank (3 mln. AZN) verilib. Üçüncü yerdə “Audemars Piguet” markası olub. Onun “Code 11.59 by Audemars Piguet Tourbillon Openworked” modeli 1 mln. franka (1,7 mln. AZN) satılıb.

Ümumilikdə, tədbirdə 38,5 mln. frankdan artıq (65,7 mln. manat) toplamaq mümkün olub. Ötən dəfə məbləğ 10,7 mln. frank (18 mln. manat) olmaqla daha az idi.

©Oxu.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər