Dünyanın ən böyük 100 bankı: hansı ölkələrə məxsusdur? (SİYAHI)

Dünyanın 100 ən böyük bankları içərisində ilk dördlüyünü Çin bankları qapadır.

Siyahıdakı bankların 23-ü Çinə, 13-ü ABŞ-a, 10-u Yaponiyaya, 7-si Almaniyaya, 6-sı eyni sayda olmaqla Kanada, Fransa və Birləşmiş Krallığa , 5-i eyni sayda olmaqla Avstraliyaya, İspaniya, Cənubi Koreya və Brazilyaya,

Banker.az-xarici mənbələrə istinadən tərtib etdiyi renkinqdə ən böyük bank kimi “Industrial and Commercial Bank of China” durur. Bu bankın aktivlərinin həcmi 4 trilyon 303 milyard dollar təşkil edir. İkinci sırada “China Constraction Bank Corp.” ( 3 trln. 635 mlrd. dollar), üçüncü sırada “Agricultural Bank of China” (3 trln. 556 mlrd. dollar), dördüncü sırada “Bank of China” (3 trln. 326 mlrd. dollar) və beşinci sırada isə Yaponiyanın “Mitsubishi UFJ Financial Group” (2 trln. 871 mlrd. dollar) olmuşdur.

Sıralamada MDB ölkələrindən ən böyüyü Rusiyanın “SberBank”dır. Bu bankın aktivlərinin həcmi 480 mlrd. dollar olmaqla dünya reytinqində 67-ci sırada durur. MDB-nin ikinci ən böyük bankı Azərbaycanda da törəmə bankı olan “VTB” bankıdır (249 mlrd. dollar).

ŞƏKİL BÖYÜK ÖLÇÜDƏ


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.