23 C
Baku
Friday, April 19, 2024

Dünyanın ən böyük hedge-fondunun qurucusu: “Kapitalizm çökür, dünya dəli olub”

Amerikalı milyarder Rey Dalio, mərkəzi bankların iqtisadi inkişafa heç bir töhfə verməyən şirkətlərə sərmayə qoymaq istəyən investorlara “asan pul” verdiklərini söyləyir, CNBC məlumat verir.

“Kapitalizmi yaxşı işləməyə məcbur edən sistem artıq çöküb”, – deyə dünyanın ən böyük “hedge” fondu “Bridgewater Associates” ın qurucusu Rey Dalio “LinkedIn” də yazır.

Bu yaxınlarda Rey Dalio “LinkedIn” də belə bir paylaşım edib: “Sistem çökür, dünya dəli olub”. Milyarder həmçinin ölkənin artan xarici borcu və kreditin əlçatanlığı kimi mövzulara toxunub.

“Böyük büdcə kəsirləri vardırlar və çox güman ki, daha da artacaqlar. Bu, hökumətlərdən külli miqdarda borc satmağı tələb edəcək. Bildiyimiz kimi, buna nail olmaq üçün faiz dərəcələrini artırmaq lazımdır, bu isə iqtisadiyyatlar üçün dağıdıcı ola bilər”, – Dalio yazır.

Vesti.Ekonomika-nın daha əvvəl verdiyi məlumata görə, oktyabrın ayının nəticələrinə görə ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) faiz dərəcələrini1,5-1,75% diapazonuna qədər aşağı salıb. Bu, artıq üçüncü azaltmadır.

Rey Dalio hesab edir ki, sonda mərkəzi bank daha çox pul çap etmək məcburiyyətində olacaq. “Bu dinamika davam edəcək və ehtimal ki, get-gedə daha da sürətlənəcək”.

Son xəbərlər
Digər xəbərlər