Dünyanın ən böyük investisiya banklarının gəlirləri 12 ildə ən aşağı səviyyəyə düşüb

Ötən il dünyanın ən böyük investisiya banklarının gəlirləri 2008-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.

“Financial Times” xəbər verir ki, bu qənaətə “Coalition” tədqiqat şirkətinin analitikləri gəliblər.

Belə ki, 2019-cu ildə 12 ən böyük investisiya bankının gəlirləri 4% azalaraq 147,5 milyard ABŞ dolları təşkil edib. Bu azalma həm də bankların il ərzində 2,9 min nəfəri ixtisara salması ilə əlaqədardır. Bu isə 2012-ci ildən bəri rekord sayda işçi azalmasıdır.

Azalmanı məhz investisiya bankları və iri bankların investisiya bölmələri yaşayır. Digər maliyyə qurumları isə başqa istiqamətlərdən, o cümlədən pərakəndə bankçılıq və aktivlərin idarə olunmasından əldə olunan gəlirlərin artması səbəbindən güclü artım yaşayır. İnvestisiya banklarının gəlirlərinin azalmasına həmçinin səhmlərlə ticarətdə banklara ödənilən komissiya haqlarının daha aşağı olması da təsir göstərir.

“İnvestisiya banklarının gəlirləri son iki ildə sanki sabitləşib. Qısamüddətli perspektivdə onun elə bu səviyyədə qalacağını gözləyirik”, – “Coalition” şirkətinin tədqiqat bölməsinin rəhbəri Amrit Şahani bildirib.

©Report


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları