32 C
Baku
Friday, July 18, 2025

Dünyanın ən böyük iqtisadiyyatları açıqlanıb — Top 10-luq

Dünya Bankı dünyanın “PPP” (əhalinin alıcılıq pariteti) üzrə ən böyük iqtisadiyyatlarını açıqlayıb. İlk üçlüyə Çin (38.2 trilyon dollar), ABŞ (29.2 trilyon dollar) və Hindistan (16.2 trilyon dollar) daxil olub. Tənzimləyicinin məlumatlarına görə, 2024-cü ilin sonuna qədər Rusiya ən yaxın rəqibləri arasında liderliyini iki dəfə artırmaqla dünyanın dördüncü ən böyük iqtisadiyyatı mövqeyini qoruyub saxlayıb. Bankın hesablamalarına görə, Rusiya iqtisadiyyatı 6.92 trilyon dollara çatıb. Bu, əvvəlki illə (6.45 trilyon dollar) müqayisədə 5.8% çoxdur.

Yaponiya beşinci yerdə qərarlaşıb — onun ÜDM bir il ərzində 6.4 trilyon dollara yüksəlib. Qeyd edək ki, Yaponiya ilə Rusiya arasındakı fərq iki dəfə artaraq 514 milyard dollara çatıb. İlk 10-luğa həmçinin Almaniya (6 trilyon dollar), Braziliya (4.7 trilyon dollar), İndoneziya (4.7 trilyon dollar), Fransa (4.2 trilyon dollar) və Böyük Britaniya (4.2 trilyon dollar) daxil olub.

Dünya Bankının məlumatına görə, Rusiya iqtisadiyyatı hələ 2021-ci ildə alıcılıq qabiliyyəti paritetinə görə dünyada dördüncü olub. 2024-cü ilin oktyabrında Beynəlxalq Valyuta Fondu da Rusiyanı alıcılıq qabiliyyəti paritetinə görə dünyanın dördüncü ən böyük iqtisadiyyatı adlandırıb.

Son xəbərlər
Digər xəbərlər