24 C
Baku
Cümə axşamı, Sentyabr 23, 2021

Dünyanın ən böyük kinoteatrlar şəbəkəsi biletləri bitkoinlə satacaq

Screen Shot 2021 09 02 at 14.34.20

Dünyanın ən böyük kinoteatrlar şəbəkəsi “AMC Entertaintment” biletləri bitkoinlə satacaq, bu barədə şirkətin icraçı direktoru Adam Aron məlumat verib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Bildirildiyi kimi, yeni ödəmə seçiminin tətbiqi 2021-ci ilin sonuna qədər planlaşdırılır.

Aronun sözlərinə görə, “AMC” bu il bütün kinoteatrlarını bitkoin qəbulu texnologiyalarla təchiz etmək niyyətindədir. Bununla yanaşı, şəbəkə ödəmə üçün “Apple Pay” və “Google Pay” qəbul edəcək.

Adam Aron şirkətin planlarını rüblük hesabatlar dərc edildikdən sonra açıqlayıb. Üç ay ərzində şəbəkənin gəliri 19% artaraq 444.7 milyon dollar səviyyəsinə çatıb ki, bu da proqnozlaşdırılandan yüksək olub.

Bitkoin may ayından bu yana ilk dəfə 46 min dollara yüksəlib. İyun və iyulda kriptovalyutanın qiyməti 30 min dollardan aşağı düşüb.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər