12 C
Baku
Çərşənbə, Oktyabr 27, 2021

Dünyanın ən böyük mebel şirkəti köhnə mebelləri geri alacaq

Dünyanın ən böyük mebel şirkəti İsveçin “IKEA” şirkəti təkrar emal layihəsi çərçivəsində köhnə mebelləri geri almağa hazırlaşır. Bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, gələn ay “Qara Cümə” ilə eyni vaxtda həyata keçiriləcək layihə ilə şirkətin ən çox satılan rəf bölmələrindən biri “Billy” və bəzi mebellər geri qaytarıla biləcək. Belə ki, artıq istənilməyən və geri alınacağı elan edilən məhsullar üçün dəyərinin 50%-i qədər kuponlar veriləcək.

Qeyd edək ki, şirkət layihəni beynəlxalq səviyyədə 27 ölkədə həyata keçirməyi planlaşdırır.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər