10 C
Baku
Cümə axşamı, Oktyabr 28, 2021

Dünyanın ən çox yoxsullaşmış milyarderinin adı açıqlanıb

“Bloomberg” dünyanın ən çox yoxsullaşmış varlı adamının adını açıqlayıb.

Banker.az bu barədə “Lenta.ru”ya istinadən xəbər verir.

Bu, Çinin “Pinduoduo” texnologiya platformasının qurucusu Kolin Huandır. Bildirildiyi kimi, 2020-ci ildə milyarder Çin hökumətinin basqınlarının qurbanı olduqdan sonra 27 milyard dollardan çox pul itirib.

Mütəxəssislərin fikrincə, bu, ÇXR-in sədri Si Tsinpin “ortaq firavanlıq” siyasəti yürütməyə və özəl sektor şirkətlərinə təzyiq göstərməyə başlayanda çinli milyarderlərin vəziyyətinin necə dəyişdiyini nümayiş etdirir. Qeyd edək ki, Çin lideri ölkə əhalisinin rifahı arasındakı fərqi azaltmağa çalışır.

“Pinduoduo” səhmləri bu il “Alibaba” (33%) və ya “Tencent”dən (19%) daha kəskin ucuzlaşıb. Birjalarda qiymətli kağızlar 44% düşüb. Kolin Huan şirkətin 28%-nə sahibdir. O, biznesini 2015-ci ildə qurub və tədricən elektron ticarət nəhənginə çevirib.

Şirkətin bazar kapitallaşması 178 milyard dollara çatsa da, sonra rekord 125 milyard dollara düşüb. Sərvəti 35 milyard dollar olan Huan keçən il baş direktor vəzifəsindən çıxıb.

Son xəbərlər
Oxşar xəbərlər