31 C
Baku
Thursday, August 11, 2022

Dünyanın ən dəbdəbəli şahmatı – 30 545 dollar

Pianki şirkəti elit hədiyyələr yaratmaqda ixtisaslaşmış şirkətdir ki, bu hədiyyələr sırasında orta əsrlərə məxsus Venesiya şahmat komplekti də var. Bu şahmat bürüncdən hazırlanmış və üzəri 24 karatlıq qızıl və gümüşlə örtülmüş 17 santimetrlik fiqurlardan ibarətdir.

Bu şahmat komplekti orta əsrlərdə aristokratlar və zadəganlar arasındakı müharibələri əks etdirir. Burada nizəli, qalxanlı və qılınclı əsgərlər, müdafiə qalası var. Hər bir fiqur əsl orta əsrlərin atmosferini yaşamaq istəyənlər üçün detallaşdırılmış və üç ölçülü yaradılmışdır. Bütün fiqurların üzərində müəllifin möhürü var. Şahmat lövhəsi isə bürüncdən hazırlanmış və 24 karatlıq gümüş və qızıl örtüyü ilə örtülmüşdür.

Son xəbərlər
Oxşar xəbərlər