16 C
Baku
Thursday, April 25, 2024

Dünyanın ən effektiv idarəçilərinin adları açıqlandı – İlk 5-lik

Amerikanın “Harvard Business Review” jurnalı dünyanın ən effektiv liderlərinin reytinqini dərc edib.

Reytinqdə birinci yeri Amerikanın NVIDIA texnologiya şirkətinin qurucusu, prezidenti və baş direktoru Jensen Huang tutub. O, Tayvanda anadan olub, 10 yaşından isə ABŞ-dakı qohumlarla yaşamağa başlayıb. Məktəbdən sonra Huang Oregon Universitetinə daxil olur və elektrik mühəndisliyi üzrə təhsilini başa vurur. Növbəti illərdə mütəxəssis ailəsi ilə birlikdə Silikon Vadisinə yollanır və burada AMD və LSI Corporation şirkətlərinə işə düzəlir.

1993-cü ildə Jensen Huang, dostları ilə birlikdə NVIDIA şirkətini qurur. Həmin dövrdə sahibkarlar bir neçə investordan 20 milyon dollar cəlb edə biliblər. Bu gün  NVIDIA-nın bazar kapitallaşması 100 milyard dollardan çoxdur, Forbes jurnalının qiymətləndirmələrinə görə, baş direktorun mülkü isə təxminən 4,6 milyard dollar təşkil edir.

Reytinqin ilk beşliyinə daxil olmuşdur:

2-ci yer –  “Salesforce” şirkətinin qurucusu və baş direktoru Marc Benioff

3-cü yer – “Kering” qrupunun (“Gucci”, “Brioni”, “Balenciaga”, “Ulysse Nardin” brendlərinə sahibdir) baş direktoru və direktorlar şurasının sədri Francois Pinault.

4-cü yer – “Texas Instruments” elektronika istehsalçısının prezidenti və baş direktoru Richard Templeton.

5-ci yer – “Iberdrola” elektrik enerji istehsalçısının baş direktoru Ignacio Galan.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər