24 C
Baku
Sunday, August 14, 2022

Dünyanın ən gənc məktəb direktoru

Babar Ali – Hindistanın Mürşüdabad əyalətində yaşayan adi bir oğlandır. İlk öncə onu qeyd edək ki, bu gəncin yaşadığı Mürşüdabadda əhalinin yaşlı təbəqəsinin savadlılıq dərəcəsi 2001-ci ildə cəmi 66% təşkil edirdi.

Onun hər günü səhər 4-də başlayır… İlk öncə kənd təsərrüfatındakı işlər, daha sonra isə məktəbə uzaq yol. Babar dərslərdən sonra evə tələsir. Çünki onun evinin arxa həyətində yüzlərlə öz şagirdi onu gözləyir. Bəli, şagirdin şagirdləri. O 9 yaşından başlayaraq digər uşaqlara tədris etməyə başlayıb (o maliyyə çətinliyi baxımından məktəbə getməyə imkanı olmayanlara dərs keçirdi. Burada dövlət məktəblərində dərslik və məktəbli forması üçün xərclər 1 il üçün təqribən 40 dollar təşkil edir). Əvvəllər bu oyun xarakteri daşısa da, böyüdükcə bu “oyunun” nə qədər həyati əhəmiyyət daşıdığının fərqinə varır. Onun məktəbi Mürşüdabadda ilk məktəb olur. 2009-cu ildə qərbli jurnalistlər Babar haqqında eşidirlər. Bu zaman o 16 yaşında “Real Heroes Award” təşkilatı tərəfindən mükafata layiq görülür və “Ən gənc məktəb direktoru” adını qazanır.

Hazırda onun məktəbinin daxilinə 9 könüllü müəllim (yuxarı sinif şagirdləri), rəsmi olaraq qeydiyyatdan keçmiş 220 şagird və 5 yaşdan 18 yaşa qədər olan 600 nəfər “sərbəst dinləyici” daxildir. 1-ci sinifdən 5-ci sinifə qədər ianələr sayəsində dərsliklər pulsuz olaraq verilir. Yuxarı siniflər üçün az bir məbləğ almaq lazım gəlir. Təhsil prosesi açıq səma altında aparılır. Çünki gənc direktorun öz böyük ailəsi ilə yaşadığı kiçik mənzilə şagirdləri yerləşdirmək mümkün deyil.

Son xəbərlər
Oxşar xəbərlər