Dünyanın ən gənc milyarder qadını tənha qaldı

0
Kyle Jenner

Dünyanın ən gənc milyarderi, təşəbbüskar Kayli Cenner sevgilisi reper Trevis Skottla ayrılıblar.

Bu barədə “TMZ” agentliyi cütlüyə yaxın mənbələrə istinadən məlumat yayıb. Cenner və Skott iki illik münasibətdən sonra ayrılmaq qərarına gəliblər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Məlumatda bildirilir ki, gənclər sonuncu dəfə avqustun sonlarında Kaliforniyanın Santa Monika şəhərində tətildə olarkən Kaylinin doğum gününü qeyd etdiyi yerdə bir araya gəliblər. Cütlük doğum gününü qızları Stormi, ailə üzləri və dostları ilə birlikdə qeyd ediblər.

Bununla yanaşı, məşhurların tamamilə ayrılmadığı, münasibətlərinə “ara verdikləri” qeyd edilib. Onlar bərabər qızları Stormini böyüdəcəklər.

Sentyabr ayında Kayli Cenner tamamilə çılpaq şəkildə sevgilisi Trevis Skott ilə “Playboy” jurnalı üçün fotolar çəkdiriblər. Fotolardan birində tamamilə çılpaq şəkildə olan Cenner və Skott qucaqlaşaraq yarı hissələrini çəkdiriblər. Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti də onların fotosessiyasına etiraz ediblər.